UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
19.10.2019 [09:43]
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü qeyd olunub.
UNEC-in rektoru, professor Ədalət Muradov Müstəqillik Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, bu tarixə qısa nəzər salıb. Bildirib ki, ölkənin müstəqilliyi hər bir vətəndaşdan və onun müstəqilliyindən başlayır. Bir əsrdə iki dəfə müstəqillik qazanan Azərbaycan xalqı azad və müstəqil dövlətin vətəndaşları olduğu üçün xoşbəxt xalqdır.
Müstəqilliyin qorunub saxlanılmasının onun əldə edilməsindən çətin olduğunu deyən rektor Ulu Öndərin əsasını qoyduğu dövlət müstəqilliyinin Onun sadiq davamçısı cənab Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndiyini diqqətə çatdırıb. Azərbaycanın inkişafı, yüksəlişi naminə həyata keçirilən Heydər Əliyev siyasətinin uğurlar qazanmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Prezident İlham Əliyevin ən yaxın və sadiq silahdaşı olduğunu bildirib.
Rektor Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında Ermənistanın baş nazirinə tutarlı cavabına diqqət çəkib. Bildirib ki, ölkə başçısı “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ilə dünya ictimaiyyətinin diqqətinə Qarabağın tarixi Azərbaycan torpağı olduğunu bir daha çatdırmış oldu. Ədalət Muradov Dağlıq Qarabağın və işğal altında olan digər torpaqlarımızın tezliklə azad olunacağına, ərazi bütövlüyümüzün və müstəqilliyimizin tam bərpa olunacağına əminliyini ifadə edib.
Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc azadlıq və müstəqilliyin hər bir vətəndaş üçün, millət üçün əvəzolunmaz nemət, xeyirxahlıq təcəssümü olduğunu deyib. Müstəqilliyin məktəbdən başlandığını bildirən millət vəkili millətin keyfiyyətinin təhsillə ölçüldüyünü qeyd edib. Z.Oruc xalqına xidmət etməyi hədəfləyən ali təhsil müəssisələrinin dövlətin ambisiyalarına cavab verdiyini vurğulayaraq, ölkənin müstəqilliyinin daha da möhkəmləndirilməsi və gələcəyinin təmin edilməsində savadlı, bacarıqlı, vətənini, xalqını sevən gənclərə daim ehtiyac olduğunu qeyd edib.
UNEC-in professoru Abbas Seyidov Azərbaycanın dövlətçilik və müstəqilliyinin bərpası uğrunda aparılan azadlıq mübarizəsindən bəhs edib. Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsində, cəsarətli qərarlar qəbul edərək unitar, hüquqi, demokratik və dünyəvi Azərbaycan dövlətinin qurulmasında əvəzsiz xidmətlərindən danışıb.
Tədbirdə UNEC-in Yaradıcılıq Mərkəzinin Vokal dərnəyinin üzvləri Azərbaycanın Dövlət himnini ifa ediblər. İqtisadiyyat fakültəsinin tələbələri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19

