Azərbaycandakı dini konfessiya rəhbərlərinin birgə bəyanatı
12.10.2019 [10:32]
İşğalçı Ermənistanın Azərbaycanın Şuşa şəhərindəki Gövhərağa məscidinə qarşı həyata keçirdiyi vandalizm siyasətini ört-basdır etmək cəhdi ilə bağlı Azərbaycandakı dini konfessiya rəhbərləri 2019-cu il oktyabrın 11-də birgə bəyanat qəbul ediblər. AZƏRTAC bəyanatı təqdim edir.
* * *
Bir Olan Yaradanımızın Adı ilə!
İşğalçı Ermənistan növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək, mənəvi müstəvidə, dini abidələrimizə qarşı beynəlxalq hüquq normaları - sivil dünyanın mənəvi irsin qorunması ilə bağlı qəbul etdiyi konvensiya və digər sənədlərin tələblərini kobud surətdə pozur. Azərbaycanın işğal olunmuş Şuşa şəhərinin Cümə məscidinə - 1883-cü ildə görkəmli Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabaği tərəfindən Qarabağ xanı İbrahim Xəlil xanın qızı Gövhərağanın şərəfinə ucaldılmış dini memarlıq abidəsinə qarşı Ermənistan tərəfindən məqsədyönlü terror həyata keçirilir.
İşğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus mədəni, tarixi və dini irsi məhv edən Ermənistan özlərinin dağıtdığı Şuşadakı Gövhərağa məscidinin “təmir-bərpa”sından sonra təxribat xarakterli “açılışına” hazırlaşır. Məscidin “təmir”dən sonra “açılış”ı ilə Ermənistan beynəlxalq ictimaiyyəti aldatmağa, özünü tarixi abidələrə “qayğı” ilə yanaşan bir ölkə imicində təqdim etməyə çalışır. Bu, işğalçı Ermənistanın və onun cinayətkar rejiminin işğal olunmuş ərazilərimizdə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin daha bir bariz nümunəsidir. Təəssüf doğuran və bizi narahat edən hal həm də ondan ibarətdir ki, yayılan məlumatlara görə, işğalçı rejim bu işləri qonşu, müsəlman ölkəsi olan İranın “Part Saman Jahan” şirkəti ilə birgə həyata keçirir.
Zəbt olunmuş Azərbaycan torpaqlarında məscidləri, qəbiristanlıqları, digər məbədləri davamlı şəkildə məhv edən təcavüzkar ermənilər indi saxta humanizm pərdəsi altında, bərpa adı ilə məscidin tarixi görkəmini dəyişdirərək, onun etnik mənsubiyyətini saxtalaşdırır, işğal olunmuş ərazilərdə azərbaycanlılara məxsus mədəni irsin silinməsi ilə məşğul olurlar. Məscidin “təmir-bərpa” işlərindən sonra saxta dəyişikliklərə məruz qalacağı, qədim Alban kilsələrində və digər məbədlərdə olduğu kimi, tarixi təhrif edən düzəlişlərlə təqdim olunacağı şübhəsizdir.
Biz - Azərbaycanda yaşayan dini konfessiyaların rəhbərləri Şuşadakı dini-mədəni abidəyə bu dırnaqarası qayğı kampaniyasını qətiyyətlə pisləyir, ermənilərin işğal altında saxladıqları ərazilərimizdə dini-mədəni abidələrimizə qarşı tarixin saxtalaşdırılması yolu ilə həyata keçirilən əməllərini beynəlxalq konvensiyalara meydan oxuyan yolverilməz qəsbkarlıq siyasəti kimi dəyərləndirir, buna heç bir bəraət olmadığını bəyan edirik. Bu təxribatı ilə erməni tərəfi, hər zamankı kimi, bu dəfə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar prosesindən yayındığını və dini liderlər formatında imzaladığımız birgə bəyanatların ruhuna zidd riyakar əməllərindən əl çəkmədiyini nümayiş etdirir.
Biz beynəlxalq ictimaiyyəti əzəli Azərbaycan torpağında tarixi-dini abidə olan Gövhərağa məscidinə və işğal altındakı bütün ərazilərimizdəki tarixi-dini abidələrə qarşı vandalizm aktlarına öz qətiyyətli münasibətini bildirməyə, “Silahlı münaqişə hallarında mədəni irsin mühafizəsinə dair” Haaqa Konvensiyasının (1954), UNESKO-nun Ümumdünya Mədəniyyət və Təbiət İrsinin Qorunmasına dair Konvensiyasının (1972), Arxeoloji İrsin Qorunmasına dair Avropa Konvensiyasının (1992) müddəalarına istinadən bu kimi halları kəskin qınamağa, bir daha təkrarlanmaması ilə bağlı ciddi addımlar atmağa çağırırıq.
Şeyxülislam Allahşükür Paşazadə,
Qafqaz Müsəlmanları
İdarəsinin sədri
Aleksandr,
Bakı və Azərbaycan Arxiyepiskopu
Melih Yevdayev,
Azərbaycandakı Dağ Yəhudiləri
İcmasının rəhbəri
Robert Mobili,
Azərbaycandakı Alban-udi Xristian İcmasının sədri
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20

