Bakıda “Türk dünyasının qadını - keçmişdən bu günə” mövzusunda konfrans keçirilib
12.10.2019 [10:30]
Oktyabrın 11-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə Dövlət Komitəsində “Türk dünyasının qadını - keçmişdən bu günə” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Hicran Hüseynova qədim tarixə, zəngin mədəniyyətə malik türk dünyasının qadınlarının ailədə, cəmiyyətdə rolundan danışıb. Türk dünyasında qadına münasibətdə oxşar cəhətlər olduğunu vurğulayan komitə sədri bildirib ki, xalqımız hər zaman Azərbaycan qadını ilə fəxr edib, qürur duyub. Şərqdə ilk dəfə qadına seçki hüququ ölkəmizdə verilib. Bu da təbii ki, Azərbaycan qadınının elm, təhsil, mədəniyyət sahələrində uğurlar qazanması ilə nəticələnib.
Oktyabrın 11-nin Beynəlxalq Qızlar Günü kimi qeyd edildiyini xatırladan Hicran Hüseynova gender bərabərliyinin dövlətimizin prioritet istiqamətlərindən olduğunu bildirib. O deyib ki, Azərbaycanda qadın hüquqları dövlətimiz tərəfindən kifayət qədər yüksək səviyyədə qurunur, qadınlarımız ictimai-siyasi həyatda yaxından iştirak edirlər.
Hicran Hüseynova Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köşkün düşmüş insanlar arasında 400 mindən çox qadın olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, bu ədalətsiz münaqişədə minlərlə qadının, qızın ermənilər tərəfindən qətlə yetirildiyini, təhqir olunduğunu bildirib. Komitə sədri beynəlxalq təşkilatları, əlaqədar qurumları bu ədalətsizliyə biganə yanaşmamağa çağırıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva konfransın bir neçə gündən sonra Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə görüşü ərəfəsində təşkil edildiyini söyləyib. Bildirilib ki, 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə yaradılan TDƏŞ-in başlıca vəzifəsi türkdilli xalqlar və ölkələr arasındakı birliyi daha da möhkəmləndirmək, birgə əməkdaşlığı təmin etməkdir. Çünki qardaş xalqlar daim bir-birinin yanında olmalıdırlar.
Türk qadınının tarixdə və müasir dövrdə rolundan danışan Fondun prezidenti ölkəmizdə gender bərabərliyinin təmin edilməsi və qadın hüquqlarının qorunmasında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətlərini vurğulayıb.
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bildirib ki, bu gün Azərbaycan qadınları ictimai, siyasi təşkilatlarda çalışır, beynəlxalq səviyyədə ölkəmizi fəal şəkildə təmsil edirlər. Bütün sahələrdə olduğu kimi, qadın hüquqlarının qorunması məsələsində də Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən danışan ombudsman bu siyasətin dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman qadınlara diqqət və qayğı ilə yanaşır, onların problemlərinin həll olunmasına kömək göstərir.
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov türk qadınının ailədə, cəmiyyətdəki önəmli rolundan danışıb. O, əmin olduğunu bildirib ki, türk qadını cəmiyyətdə fəallığını daha da artıracaq.
TÜRKPA-nın qısa zaman kəsiyində bir sıra layihələr həyata keçirdiyini və müəyyən uğurlar əldə etdiyini qeyd edən Altınbek Mamayusupov dəstəyə və əməkdaşlığa görə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin dosenti Lətifə Əliyeva, Dünya Türkologiya Mərkəzinin rəhbəri Güllü Yoloğlu, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, Türk Şurasının nümayəndəsi Yıldız Uzakova, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşı Məltəm Özoral və başqaları türk dünyası qadınının cəmiyyət həyatının müxtəlif sahələrində fəaliyyəti barədə fikirlərini bildiriblər.
Konfransda mövzu ətrafında müzakirələr aparılıb.
Sonra iştirakçılar türkdilli dövlətlərdən olan qadınların əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46

