UNEC Yunanıstanda ilk “Məzun günü” keçirib
10.10.2019 [09:34]
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Yunanıstanın Qərbi Makedoniya Universitetinin birgə magistr proqramının ilk “Məzun günü” keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Yunanıstanın Kastoriya şəhərində keçirilən tədbirdə universitetin rektoru, professor Ədalət Muradov və Qərbi Makedoniya Universitetinin rektoru, professor Theodoros Theodoulids magistratura üzrə birgə diplom proqramının əhəmiyyətindən söz açıblar. Bildirilib ki, birgə magistr proqramının məqsədi beynəlxalq, o cümlədən Avropa əmək bazarında yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır. Proqramı bitirənlər Yunanıstanda, Azərbaycanda, Avropa İttifaqına üzv olan digər ölkələrdə işgüzar idarəçilik, iqtisadiyyat, nəqliyyat və logistika, neft-qaz texnologiyası ixtisasları üzrə fəlsəfə doktoru elmi adını qazanmaq imkanı əldə edə biləcəklər. Birgə proqramda iştirak edən magistrlər müqaviləyə əsasən, həm də təqaüdlə təmin olunurlar.
Tədbirdə birgə diplom proqramının iki ölkə arasında təhsil, elm və sosial əlaqələrin gücləndirilməsində vacib əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb, gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin UNEC-lə Qərbi Makedoniya Universiteti arasında bakalavr təhsili üzrə mübadilə və ikili diplom proqramlarının reallaşdırılmasının mümkünlüyü qeyd edilib və bu istiqamətdə işlərə başlamağa dair qərar verilib.
“Məzun günü”ndə çıxış edən Milli Məclisin deputatı Fazil Mustafa, Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi Eldar Əliyev və başqaları birgə magistr proqramının iki ölkə üçün xüsusi əhəmiyyət daşıdığını bildiriblər. İlk dəfə olaraq həyata keçirilən birgə proqram çərçivəsində UNEC-in Avropa İttifaqına üzv olan ölkədə mütəxəssis hazırlığı həyata keçirməsini tarixi uğur adlandırıblar.
Çıxışlardan sonra məzunların təntənəli andiçmə mərasimi keçirilib.
UNEC-in rektoru, professor Ədalət Muradov və Qərbi Makedoniya Universitetinin rektoru, professor Theodoros Theodoulids tərəfindən imzalanan birgə diplomlar Yunanıstan vətəndaşı olan 34 magistr məzuna təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universiteti ilə Qərbi Makedoniya Universiteti arasında imzalanan beynəlxalq əməkdaşlıq memorandumuna əsasən birgə magistr proqramı 3 ildir davam edir. Proqramı 12 fənn və buraxılış işindən ibarət olmaqla, 120 kredit təşkil edir ki, bunlardan 30-u UNEC-in professor-müəllim heyəti tərəfindən tədris edilir. Proqram çərçivəsində magistr hazırlığı ilə yanaşı, iki universitet arasında akademik mübadilə və birgə elmi tədqiqatlar aparılıb. 2019-cu ildə imzalanan yeni əməkdaşlıq müqaviləsinə əsasən, birgə magistr proqramının müddəti 2024-cü tədris ilinədək 5 il müddətinə uzadılıb.
UNEC Rusiya Federasiyası ərazisində təhsil xidmətləri göstərən yeganə xarici universitet olmaqla, Yunanıstanda da birgə magistr proqramı reallaşdıran ilk xarici universitetdir.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

