/ / “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Əlaqələndirmə Şurasının iclası keçirilib
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Əlaqələndirmə Şurasının iclası keçirilib
01.10.2019 [09:52]
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasında 28 dövlət qurumu, eləcə də yerli icra hakimiyyəti, bələdiyyə orqanları, publik şəxslər və qeyri-hökumət təşkilatları iştirak edirlər. Dövlət Proqramının mərkəzi və yerli komponentləri eyni dərəcədə əhəmiyyət daşıyır və bütövlükdə 2 milyon 600 min nəfər ölkə əhalisinin müxtəlif hüquq, tələb və maraqlarını yönləndirir və təmin edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 2017-ci il sentyabrın 15-də imzaladığı müvafiq Sərəncamla təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Əlaqələndirmə Şurasının sentyabrın 30-da Bakıda keçirilən iclasında səsləndirilib.
Dövlət qurumlarının, beynəlxalq, ictimai və gənclər təşkilatlarının nümayəndələrinin, Milli Məclisin deputatlarının iştirakı ilə keçirilən tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov çıxış edərək Dövlət Proqramının əhəmiyyətindən danışıb. Nazir Azad Rəhimov bildirib ki, Azərbaycanda gənclər sahəsinə diqqət Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti ilə müəyyənləşdirilib. Prezident İlham Əliyevin Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında dediyi kimi, müasir dövrdə ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsinə 1994-cü ildə başlanıb. Həmin dövrdə çətinliklərə baxmayaraq, Ulu Öndərin uzaqgörən qərarı Azərbaycanda gənclər üçün yeni imkanlar yaradıb.
Nazir qeyd edib ki, ötən iyirmi beş ildə “Gənclər siyasəti haqqında” Qanun, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, üç ünvanlı Dövlət Proqramı və digər sənədlər qəbul olunub. Hazırkı Dövlət Proqramı nəticələrinə görə əvvəlkilərdən əsaslanır və ölkədə yaranmış imkanları nəzərə alır. Əvvəlki proqram 8 istiqamət və 68 bənddən ibarət olduğu halda, hazırkı sənəddə 11 istiqamət üzrə 106 bəndin icrası nəzərdə tutulub. Bu bəndlərin əksəriyyətinin icrası davam edir. Dövlət Proqramı keyfiyyətli icra edilir və bütün qurumlar vəzifələrini məsuliyyətlə yerinə yetirirlər. Bəzi istiqamətlər üzrə qurumlar birgə fəaliyyət göstərirlər ki, bu da yüksək səmərə verir.
Sonra Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək Dövlət Proqramının icrası ilə əlaqədar hesabatı təqdim edib, ötən müddətdə həyata keçirilən tədbirlər, görülən işlər və gənclərin hərtərəfli inkişafına yönəlmiş layihələr haqqında məlumat verib. Qeyd edib ki, Dövlət Proqramının icrasının vaxtaşırı monitorinqi üçün Gənclər və İdman Nazirliyi tərəfindən əlaqələndirmə şurası formalaşdırılıb. Gənclərlə bağlı üçüncü dövlət proqramında gənclik və müasir texnologiya, gənclərin gender məsələləri, ekoloji maarifləndirilməsi və digər sahələr daha geniş şəkildə əksini tapıb. Amma əsas istiqamət Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsi məsələləridir. Bundan başqa, proqrama gənclərimizin ictimai fəallığının artırılması, ölkədə gedən islahatlarda, müxtəlif layihələrdə gənclərin iştirakına, potensiallı və yaradıcı gənclərin aşkarlanmasına maksimum şərait yaratmaq daxildir. Hazırdakı dövlət proqramımız uğurla icra olunmaqdadır. Gənclər və İdman Nazirliyi altı aydan bir aidiyyəti dövlət qurumlarından hesabatlarını əldə edərək onları ümumiləşdirir və təhlilini aparır. Bu gün müvafiq qurumlar tərəfindən proqram çərçivəsində ölkəmizdə 1800-dən çox tədbir keçirilib. həmin tədbirlərin əksəriyyəti vətənpərvərlik mövzusu ilə bağlı olub. Azərbaycanın bütün bölgələrində təşkil edilən bu tədbirlər region gənclərinin inkişafına mühüm töhfə verir.
Gənclər və İdman Nazirliyinin şöbə müdiri İndira Hacıyeva “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramını gənclərə və ictimaiyyətə aydın şəkildə çatdırmaq, müvafiq istiqamətləri göstərmək üçün hazırlanan müvafiq internet saytının təqdimatını edib. Saytda keçirilmiş sosioloji sorğu ilə bağlı məlumat verilib.
Tədbirdə əlaqələndirmə şurasının üzvləri, aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələri, gənclər və beynəlxalq təşkilatlarının rəhbərləri çıxışlarında proqram çərçivəsində görülən işlərdən danışıb, mövzu ətrafında fikir mübadiləsi aparıb, təkliflər səsləndiriblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46

