Dövlət Komitəsinin sədri ABŞ-dan olan jurnalistlə görüşüb
26.09.2019 [09:56]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı sentyabrın 25-də ABŞ-ın məşhur “John Batchelor Show” proqramının rəhbəri Con Batçelor ilə görüşüb.
DQİDK-dan AZƏRTAC-a verilən məlumata görə, Komitə sədri xarici jurnalistin Azərbaycanın milli və dini tolerantlığın yüksək inkişaf mərhələsinə çatmasının səbəbləri, tolerantlığın təbliği və təşviqi yönündə görülən işlər, xalqımızın nümunəvi birgəyaşayış modeli, DQİDK-nin fəaliyyət istiqamətləri, eləcə də bu il iyulun 16-18-də Vaşinqton şəhərində keçirilmiş Din Azadlığının İrəlilədilməsi üzrə 2-ci Nazirlər Konfransının mahiyyəti barədə suallarını cavablandırıb.
Komitə sədri bildirib ki, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən din siyasəti dini etiqad azadlığının qorunmasına, ölkədəki bütün dini icmalara bərabər imkanların yaradılmasına və ölkəmizdə əsrlərboyu formalaşmış tolerantlıq ənənələrinin daha da möhkəmlənməsinə yönəlib.
Azərbaycan əhalisinin böyük hissəsinin İslam dininə mənsub olduğunu qeyd edən Komitə sədri ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini deyib. Respublikada dövlət qeydiyyatına alınan icmalardan 35-nin qeyri-İslam təmayüllü olduğunu diqqətə çatdıran DQİDK sədri bildirib ki, ölkəmizdə dini konfessiya nümayəndələrinin hər biri öz maddi və mənəvi mədəniyyətini, dilini, tarixi yaddaşını, mentalitetini qoruyub-saxlamaq imkanına malikdir. Mübariz Qurbanlı, eyni zamanda, Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyət göstərdiyini, dünyanın 20-dən çox universitetində Azərbaycan multikulturalizm modelinin bir fənn kimi tədris edildiyini, eyni zamanda, bu istiqamətdə müxtəlif ölkələrdə tədbirlərin keçirildiyini bildirib.
Azərbaycandakı dinlərarası harmoniya, multikultural mühit barədə kifayət qədər məlumatlı olduğunu deyən Con Batçelor bildirib ki, səfərinin əsas məqsədi ölkəmiz haqqında daha geniş məlumat əldə etmək və bu informasiyaları ABŞ-da yaymaqdır.
Qeyd edək ki, “John Batchelor Show” proqramı dünyanın 100-dən artıq ölkəsində ingilisdilli auditoriyalar tərəfindən dinlənilir. Proqramın bir neçə milyonluq daimi dinləyici kütləsi var. Veriliş 200-dən artıq radio tərəfindən təkrar yayımlanır.
Görüşün sonunda qonaqlara DQİDK-nin ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

