/ / Finlandiyada Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyəti Konfransının illik yığıncağı keçirilib
Finlandiyada Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyəti Konfransının illik yığıncağı keçirilib
14.09.2019 [10:24]
Sentyabrın 12-də Finlandiyanın Türkü şəhərində Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyəti Konfransının - CORLEAP-ın 9-cu illik yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda Avropa İttifaqının Regionlar Komitəsinin prezidenti Karl Hayns Lambert’s, Finlandiya Xarici İşlər Nazirliyinin Daimi Dövlət katibi, səfir Martın Anttonen, Cənub-Qərb Finlandiya Şurasının İdarə Heyətinin sədri İlkka Kanerva, Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə direktoru Lourens Meredit, Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin prezidenti Andreas Knape, Finlandiya parlamentinin deputatları və digərləri çıxış ediblər.
Yığıncaqda qurumun illik fəaliyyət istiqamətləri üzrə işlərə qiymət verilib və perspektivlər müzakirə olunub. Həmçinin CORLEAP-ın iki tematik sənədi - “Yerli və regional hakimiyyət orqanlarının potensialının artırılması” və “Transsərhəd proqramları çərçivəsində fərdlər arasında əlaqələrə yardım” adlı siyasi məruzələr üzərində müzakirələr aparılaraq müvafiq tövsiyələr qəbul olunub. Bundan başqa, “Şərq Tərəfdaşlığının gələcəyinin formalaşdırılmasında yerli və regional hakimiyyətlərin rolu”na dair dinləmələrdə diplomatların, vətəndaş cəmiyyətinin təmsilçilərinin, eləcə də Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.
CORLEAP-ın illik yığıncağında ölkəmizi təmsil edən nümayəndə heyəti - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov, Nərımanov rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev və Şəki Bələdiyyəsinin sədr müavini Gülnaz Salamova müzakirə olunan məsələlərə dair çıxış edib, ölkəmizdə yerli və regional hakimiyyətlərin potensialının artırılması, regionların inkişafı istiqamətində görülən işlər və aparılan siyasət, onların nəticələri barədə tədbir iştirakçılarını məlumatlandırıblar.
Qurum çərçivəsində, həmçinin Şərq Tərəfdaşlığının tematik platformalarına uyğun olaraq məruzəçi təyin olunub. Qərara alınıb ki, Azərbaycan nümayəndəsi Anar İbrahimov “Şərq tərəfdaşlığı ölkələrində fiskal əks-mərkəzləşdirmə siyasəti və yerli və regional hakimiyyətlərin maliyyə muxtariyyəti” sahəsində məruzəçi təyin edilsin.
Yığıncaqda əlavə olaraq CORLEAP-ın yenilənmiş reqlamenti səsə qoyularaq qəbul edilib.
Qurumun 9-cu illik yığıncağında Azərbaycan nümayəndə heyətinin rəhbəri - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov CORLEAP-ın həmsədri vəzifəsinə seçilib. Digər həmsədr isə Avropa İttifaqının Regionlar Komitəsinin prezidenti, belçikalı senator Karl-Hayns Lamberts müəyyən edilib.
Qeyd edək ki, CORLEAP 2011-ci ildə Polşanın Poznan şəhərində təsis edilib və Avropa İttifaqı - Şərq Tərəfdaşlığı platformasının regional və yerli hakimiyyətləri üçün institut kimi çıxış edən strukturdur.
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10

