/ / Ceyhun Məmmədov: Azərbaycanda həyata keçirilən sosial islahatlar təhsilin uğurlu inkişafını təmin edir
Ceyhun Məmmədov: Azərbaycanda həyata keçirilən sosial islahatlar təhsilin uğurlu inkişafını təmin edir
04.09.2019 [09:17]
Müəllimlərin və dövlət qulluqçularının maaşlarının, eyni zamanda, tələbələrin təqaüdlərinin artırılması vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə, xalqımızın xoş gələcəyinə hesablanıb.
Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov söyləyib. O bildirib ki, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi, yoxsulluğun aradan qaldırılması Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.
Sentyabrın 1-dən qüvvəyə minən sərəncamlar sosialyönümlü islahatların daha da dərinləşməsinə və müxtəlif təbəqələri əhatə etməsinə əyani sübutdur. Dövlət başçısının imzaladığı sərəncamlarla hüquq-mühafizə orqanları əməkdaşlarının, hərbçilərin, təhsil sahəsində işləyənlərin də əməkhaqları artırılıb. Ulu Öndər Heydər Əliyevin strateji kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı sosial islahatlar Azərbaycan təhsilinin uğurlu inkişafını təmin edir.
Qeyd edək ki, təhsil hər bir ölkənin, o cümlədən Azərbaycanın da sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Məhz bu kontekstdən yanaşdıqda, ölkəmizdə iqtisadi inkişafın təmin edilməsi, respublikamızın beynəlxalq aləmdə söz sahibinə çevrilməsi, təhsil islahatlarının aparılması, infrastrukturunun əsaslı şəkildə yenilənməsi və Azərbaycan təhsilinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının göstəricisidir. Bu sahəyə müasir və çevik yanaşmalar sayəsində təhsil müəssisələrimiz istər keyfiyyət göstəriciləri, istərsə də sağlam mənəvi-psixoloji mühitin təmin olunması baxımından ciddi uğurlara imza atır.
“Prezident İlham Əliyevin “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə”, “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamları, habelə “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərman təhsilin inkişafına stimul verir. Belə mühüm addımlar tələbələr arasında rəqabət mühitinin formalaşmasında əhəmiyyətli rol oynayır. Ödənişli təhsil alan tələbələrin də təqaüd almaq imkanı əldə etməsi bu rəqabətin daha da artmasına öz müsbət təsirini göstərəcək”, - deyə rektor Ceyhun Məmmədov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34

