/ / Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16.08.2019 [09:26]
Toğrul Hacızadə: Bundan sonra məqsədim bilik səviyyəmi yüksəltmək və xaricdə təhsilimi davam etdirməkdir
Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Dövlət İmtahan Mərkəzindən qəzetimizə verilən məlumata görə, ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib. Bunlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub ki, onlardan da 17820 nəfər (o cümlədən 586 subbakalavr) dövlət sifarişi əsasında, 24242 nəfər (o cümlədən 2956 subbakalavr) isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Beləliklə, ənənəyə sadiq qalaraq, bu il də yüksək bal toplayan abituriyentləri oxucularımızla tanış edirik. DİM tərəfindən respublikanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərdən biri də akademik Zərifə Əliyeva adına Liseyin məzunu Toğrul Hacızadədir. Məlumat üçün bildirək ki, Toğrul liseyi qızıl medalla bitirib. Ali təhsil müəssisələrinə qəbul imtahanlarındakı nəticəsi isə nəinki məktəb üzrə, bütövlükdə ölkə üzrə seçilir. Belə ki, o, 11-ci sinif buraxılışında 295, yaz qəbul imtahanında 397 bal toplayıb. Ümumilikdə, 692 bal toplayaraq II ixtisas qrupu üzrə respublika birincisi olub. Bundan başqa, Coğrafiya fənni üzrə iki dəfə respublika fənn olimpiadalarında gümüş medal qazanıb. Həmçinin “Əlaçı” və “Mən azərbaycanlıyam” intellektual telelayihələrinin qalibi olub. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisası fakültəsinə qəbul olsa da, bakalavr təhsilini ingilis dilində Türkiyənin Orta Doğu Texniki Universitetində davam etdirəcək.
Qazandığı böyük uğurun sevincini yaşayan Toğrul təəssüratlarını “Yeni Azərbaycan” qəzetinin əməkdaşı ilə bölüşüb. Onun sözlərinə görə, daim dərslərinə məsuliyyətlə yanaşıb, ciddi hazırlaşıb və yüksək nəticəyə nail olub. Həmsöhbətimiz bütün uğurlarına görə ona mənəvi dəstək olan valideynlərinə və elmin, təhsilin sirlərini öyrədən müəllimlərinə minnətdarlığını bildirib.
Bütün fənlərə eyni dərəcədə maraq göstərdiyini deyən gənc, eyni zamanda, boş vaxtlarında kitab oxumağı, film izləməyi və üzgüçülüklə məğul olmağı sevdiyini söyləyir: “Ailəmiz 4 nəfərdən ibarətdir. Atam neft şirkətində mühəndis, anam riyaziyyat müəllimi, qardaşım isə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdidir. İqtisadiyyat ixtisasını özüm seçdim. Düzü, ailəm həmişə həkim olmağımı istəyib. Lakin özümü bu sahədə görmürdüm. İqtisadçı olmaq istədiyimi bildirəndə valideynlərim seçimimə dəstək verdi. Bundan sonra məqsədim ali məktəbdə yaxşı təhsil almaq, bilik səviyyəmi yüksəltmək və xaricdə təhsilimi davam etdirməkdir”.
Toğrul deyib ki, hansı ölkədə təhsil almasından, yaxud karyerasını qurmasından asılı olmayaraq, hər zaman ölkəmizə töhfə vermək haqqında düşünəcək.
Həmsöhbətimiz onu da bildirib ki, dövlətin təhsilə göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31

