/ / Həmkarlar təşkilatlarının xətti ilə hər il 100 mindən çox vətəndaşa istirahət etmək imkanı yaradılır
Həmkarlar təşkilatlarının xətti ilə hər il 100 mindən çox vətəndaşa istirahət etmək imkanı yaradılır
24.07.2019 [09:27]
Hər il həmkarlar təşkilatlarının xətti ilə 100 mindən çox vətəndaşımız öz ailəsi ilə Azərbaycanın dilbər guşələrində istirahət etmək imkanı qazanır. Bu vətəndaşlar xidmət haqqının cəmi 15 faizini ödəməklə həm Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) balansındakı, həm də özəl istirahət mərkəzlərində, sanatoriyalarda yüksək səviyyədə dincəlirlər. Bundan başqa, il ərzində 8 min azyaşlının da uşaq istirahət mərkəzlərində dincəlməsinə şərait yaradılır. Gələcəkdə istirahət edənlərin sayını daha da artırmaq üçün məqsədyönlü fəaliyyət həyata keçirilir. Yüksək dövlət qayğısı nəticəsində AHİK-in balansındakı bütün istirahət mərkəzləri yenidən qurulub, istirahət üçün hər bir şərait yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə iyulun 23-də AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Nabranın istirahət mərkəzlərindəki şəraitlə tanışlıq zamanı məlumat verib.
Səttar Möhbalıyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin “Təhsil” istirahət mərkəzindəki yaşayış korpuslarını gəzib, yataq otaqları və infrastrukturla tanış olub.
Təbiət qoynunda salınmış istirahət mərkəzi eyni vaxtda 260 nəfərə xidmət edə bilir. 2013-cü ildə açılışı olan mərkəzdə təhsil işçilərinin dincəlmələri üçün müasir mehmanxana binası, kotteclər, mini stadionlar, üzgüçülük hovuzu, ilkin tibbi yardım otağı, internet-klub istifadəyə verilib. Ümumilikdə, mövsüm ərzində burada həmkarlar ittifaqının 1500 nəfərə yaxın üzvü dincəlir.
S.Möhbalıyev mərkəzdə dincələn insanlarla söhbət edərək buradakı şəraitlə maraqlanıb, onların rəy və təkliflərini dinləyib.
AHİK-in sədri Nabranda belə bir istirahət mərkəzinin istifadəyə verilməsinin dövlətimizin təhsil işçilərinə diqqət və qayğısının göstəricisi olduğunu vurğulayıb. Bildirib ki, həmkarlar ittifaqı üzvlərinin, onların ailələrinin sağlamlığına qayğı göstərilməsi, sanatoriya-kurort müalicəsinin və istirahətlərinin təşkili istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
“Nabranda təhsil işçiləri ilə yanaşı, dəmir yolu, rabitə və digər dövlət qurumlarının həmkarlar ittifaqlarının da müasir standartlara uyğun istirahət mərkəzləri fəaliyyət göstərir. Hazırda mədəniyyət işçiləri üçün istirahət mərkəzi tikilir. İstirahət mərkəzlərinə edilən bu səfərin məqsədi buradakı şəraitlə yerində tanış olmaqdan, obyektlərin necə saxlanılmasına, xidmət səviyyəsinə nəzarət etməkdən ibarətdir. Burada bütün otaqlar soyuducu və kondisionerlə təmin olunub. Sanatoriyalar bütün zəruri avadanlıqlarla, o cümlədən tibb məntəqələri, istirahət guşələri, idman qurğuları ilə tam təchiz edilib. Bir sözlə, həmkarlar ittifaqı üzvlərinin rahatlığı üçün hər bir şərait yaradılıb”, - deyə AHİK-in sədri qeyd edib.
Sədr diqqətə çatdırıb ki, bütün bunlar Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə iqtisadiyyatının dirçəlməsi nəticəsində mümkün olub. AHİK-in də maliyyə imkanları məhz bundan sonra yaxşılaşıb.
“Təhsil” istirahət mərkəzi ilə tanışlıqdan sonra AHİK sədri Nabranda yerləşən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının “Ülfət” və Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının “Lokomotiv” və “Xəzər” istirahət mərkəzlərində də olub, mədəniyyət işçiləri üçün tikilən istirahət mərkəzində inşaat işləri ilə maraqlanıb.
2008-ci ilin avqust ayında istifadəyə verilən “Lokomotiv” istirahət mərkəzində ilkin olaraq 140 nəfərlik üç istirahət korpusu, 220 nəfərlik yeməkxana tikilib. Sonrakı illərdə istirahət mərkəzində əlavə iki korpus, böyüklər və uşaqlar üçün çimərlik hovuzu tikilib. Bundan başqa, müasir tələblərə cavab verən örtülü voleybol zalı, tennis zalı, fitnes-trenajor zalı, mini futbol və voleybol meydançaları bütün avadanlıqlarla təchiz olunmaqla dəmiryolçuların istifadəsinə verilib.
“Ülfət” istirahət mərkəzi doqquz ildir ki, istifadəyə verilib. Dənizdən bir kilometr məsafədə yerləşən mərkəzdə kotteclər və üç ədəd ikimərtəbəli istirahət korpusu var. Burada eyni vaxtda 96 nəfər, mövsüm ərzində isə 1000 nəfərə yaxın insan istirahət edə bilir.
AHİK sədri Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Qusar rayonu ərazisindəki “Şəfa” istirahət mərkəzindəki şəraitlə də yaxından tanış olub. Bir neçə il bundan öncə istifadəyə verilən mərkəzdə tibb işçilərinin dolğun və səmərəli istirahəti üçün hər bir şərait yaradılıb. Qusarın təmiz dağ havası ilə zəngin olan yüksəkliyində yerləşən pansionat yataq korpusu, yeməkxanası, həyətindəki göz oxşayan yaşıllıqları ilə diqqəti cəlb edir. Bu şəfa ocağı mövsüm ərzində 1000 nəfərə qədər səhiyyə işçisini qəbul edib, onlara yüksək xidmət göstərir.
İstirahət mərkəzlərində xidmət səviyyəsi ilə maraqlanan S.Möhbalıyev müvafiq tapşırıq və tövsiyələrini verib, vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi üçün səylərin daha da artırılmasının vacibliyini qeyd edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48

