Azərbaycan Polisinin yaranmasının 101-ci ildönümü qeyd edilib
03.07.2019 [09:37]
İyulun 2-də Azərbaycan Polisi yaranmasının 101-ci ildönümünü qeyd edir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə təntənəli tədbirdən əvvəl Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə DİN-in əməkdaşları Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin abidə kompleksi önünə tər çiçək dəstələri düzüblər.
Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub.
Sonra respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərimizin məzarları üzərinə tər çiçək dəstələri düzülüb.
Daxili İşlər Nazirliyində Azərbaycan Polisinin növbəti ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
Mərasim iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən və xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Nazir, general-polkovnik Vilayət Eyvazov Azərbaycan Polisinin keçdiyi şərəfli yol, xüsusən Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, peşəkar kadr özəyinin yaradılması, Prezident İlham Əliyevin başçılığı ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar, struktur dəyişiklikləri, maddi-texniki bazanın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Ən yeni tariximizə nəzər salan nazir 2003-cü ildə Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonrakı mərhələnin ölkəmizin dinamik inkişafı, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvi olduğunu, lakin dövlətimizi xaos və anarxiya girdabına sürükləmək, dövlətçiliyi sarsıtmaq cəhdlərinin səngimədiyini, yaranmış vəziyyətdə onun qətiyyəti, xalqın öz rəhbərinə olan sarsılmaz inamı və dəstəyi, hüquq-mühafizə orqanlarının yüksək peşəkarlığı, proseslərə operativ müdaxiləsi sayəsində həmin cəhdlərin qarşısına sipər çəkildiyini, hərtərəfli islahatların, möhtəşəm transmilli layihələrin həyata keçirilməsi üçün zəruri olan sabitliyin bərqərar olunduğunu bildirib.
Müasirləşmə tendensiyasının Daxili İşlər Nazirliyinin bütün orqan və hissələrini əhatə etdiyini vurğulayan general-polkovnik Vilayət Eyvazov ötən 16 ilə yaxın müddətdə fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, maddi-texniki təminatın yaxşılaşdırılması, o cümlədən ən müasir texnologiyalarla təchizatın yüksək səviyyəyə çatdırıldığını, onlarla elektron xidmət, veb-sayt, “qaynar xətt” və digər informasiya resurslarının yaradıldığını, polisin “ASAN xidmət” mərkəzlərində fəaliyyətinin təşkil olunduğunu deyib. Qeyd edilib ki, vətəndaş məmnunluğunu təmin edən bu və digər innovativ təşəbbüslər orqan və hissələrdə qanunçuluğun qorunmasının effektivliyini, xidmətin səmərəsini və operativliyi qat-qat artırıb.
Nazir Vilayət Eyvazov dövlətimizin başçısının rəhbərliyi ilə təkcə cari ildə sosial islahatların reallaşdırılması nəticəsində Daxili İşlər Nazirliyinin əməkdaşlarının əməkhaqlarının artırıldığını, bu peşə bayramı ərəfəsində isə 26 əməkdaşın dövlət mükafatları ilə təltif edildiyini, rəhbər vəzifəli bir şəxsə ali xüsusi rütbə verildiyini xatırladıb. General-polkovnik Vilayət Eyvazov bunun Prezidentin şəxsi heyətə göstərdiyi ali diqqət və qayğının növbəti əyani ifadəsi olduğunu bildirib, eyni zamanda, daxili işlər orqanlarının və Daxili Qoşunların asayişin və təhlükəsizliyin təmini üzrə fəaliyyətini dövlətimizin başçısının və Birinci vitse-prezidentin yüksək qiymətləndirdiyini, şəxsi heyətə təşəkkürlərini ifadə etmələrini məmnunluq hissi ilə vurğulayıb.
Daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək dəyərləndirdiyinə görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlığını bildirən nazir V.Eyvazov əminliklə bildirib ki, Ulu Öndər Heydər Əliyev ideallarına həmişə sadiq olan şəxsi heyət andına sadiq qalaraq Vətənə və xalqa xidmət kimi şərəfli yolda bundan sonra da qətiyyətlə irəliləyəcək, sabitliyi, vətəndaşlarımızın təhlükəsizliyini, qanuni mənafelərini, hüquq və azadlıqlarını bundan sonra da etibarlı qoruyacaq, dövlətimizin başçısının inam və etimadını hər zaman layiqincə doğrultmağa çalışacaq.
Çıxışının sonunda nazir Azərbaycan Polisinin yaranmasının 101-ci ildönümü münasibətilə bütün şəxsi heyəti, veteranları, respublikanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış, vəzifə borcunu yerinə yetirərkən həlak olmuş əməkdaşların ailə üzvlərini bir daha ürəkdən təbrik edib, onlara möhkəm cansağlığı, xidmətdə və şəxsi həyatda uğurlar arzulayıb.
Sonra xidməti vəzifələrin yerinə yetirilməsində fərqlənmiş bir qrup əməkdaşın mükafatlandırılmasına dair Daxili İşlər nazirinin əmri elan olunub.
General-polkovnik Vilayət Eyvazov mükafatları təqdim edib.
Təntənəli mərasimin sonunda Azərbaycan Dövlət Televiziyası tərəfindən hazırlanmış “Azərbaycan Polisi - 101” sənədli filmi nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42

