“Nar” bir sıra hərbi hissədə mobil danışıq nöqtəsi yaradıb
28.06.2019 [09:26]
26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə “Nar” növbəti uğurlu layihəsini icra edib. Belə ki, mobil operator Müdafiə Nazirliyinin dəstəyi ilə cəbhəyani zonada yerləşən bir sıra hərbi hissələrdə “Nar” danışıq nöqtəsi yaradıb. Məqsəd əsgərlərimizin öz yaxınları, doğmaları ilə daha yaxın olmaları və mütamadi təmas qurmalarına dəstək olmaqdır. Hərbi hissələrdə yaradılan “Nar” danışıq nöqtəsində əsgərlər istədikləri qədər öz yaxınları ilə danışa biləcəklər.
Qeyd edək ki, bayram günü mobil operator vətən keşiyində duran əsgərlərimizi sevindirmək, onlara olan hörmətini bildirmək məqsədilə, cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəyə səfər edib və Azərbaycan Ordusunun əsgərləri ilə görüşüb. Bundan başqa, hərbi hissələrə əsgərlərin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif hədiyyələr də təqdim edilib.
Əsgərlərlə görüşü zamanı “Nar”-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib ki, artıq ikinci ildir ki, mobil operator Müdafiə Nazirliyi ilə birgə uğurlu layihəsini icra edir: “Silahlı Qüvvələr Günündə əsgərlərlə birgə olmaq bizim üçün qürurvericidir. Ötən il sərhədyanı bölgədə xidmət edən 100-ə qədər əsgərin bayramı öz valideyni ilə birgə qeyd etməsində yaxından iştirak etdik. Bu il isə 100-lərlə hərbçinin doğmaları ilə sərhədsiz ünsiyyət qurmaları üçün “Nar” danışıq nöqtələri yaratdıq. Vətənə bağlılıq kimi ümdə vəzifələrə hər zaman həssas yanaşan “Nar”, əsgərlərimizə hər hansı mənəvi dəstək göstrəməyi özünə borc bilir. Bu şərəfli yolda xidmət edən əsgərlərimizə yaxınları ilə öz sevinclərini və xoş xəbərlərini bölüşməsini arzulayırıq”.
Qeyd edək ki, “Nar” ötən ilin martında Müdafiə Nazirliyi ilə birlikdə ölkəmizin müxtəlif bölgələrindən 100-dən çox valideynin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüşünü təşkil edilmişdi. Müdafiə Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu bayram görüşü nəticəsində valideynlər cəbhədə xidmət göstərən övladları ilə bərabər Novruz bayramını qeyd etmişdi.
Vətənə bağlılığın təşviqi Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmiş brendimizin əsas amallarındandır.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47

