Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar verilib
16.05.2019 [09:22]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya Müftilər Şurası tərəfindən Moskvadakı “Poklonnaya qora”da qurulmuş “Ramazan çadırı”nda “Azərbaycan Günü” təşkil edilib və iftar süfrəsi açılıb.
AZƏRTAC xəbər verir ki, iftardan əvvəl Azərbaycan ruhanilərinin nümayəndəsi Müqəddəs “Qurani-Kərim”dən ayələr oxuyub, axşam duası verib.
Tədbirdə ictimai xadimlər, Azərbaycan diasporunun nümayəndələri, müxtəlif millətlərdən olan 1000-ə yaxın müsəlman iştirak edib. Gecədə “İxlas” Fondunun nümayəndəsi Anas Məmmədov, “Əhli-beyt” dini təşkilatının sədri Nizami Baloğlanov çıxış edərək iftar süfrəsinin təşkilinə görə tədbir iştirakçıları adından Heydər Əliyev Fonduna və şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür ediblər. Onlar qeyd ediblər ki, “Poklonnaya qora”da “Ramazan çadırı” təşkil edilməsi artıq ənənəyə çevrilib və müsəlmanlar üçün bu mühüm tədbirdə Azərbaycan, Heydər Əliyev Fondu hər il iştirak edir.
Tədbirin aparıcısı Rusiya Müftilər Şurası adından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, habelə “Ramazan çadırı-2019” tədbirinə təşkilati, yaradıcı və mənəvi töhfəyə görə Fondun nümayəndəsi Ayan Həsənovaya təşəkkürnamə təqdim edib.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev bütün müsəlmanları Ramazan ayı münasibətilə təbrik edib, “Ramazan çadırı”nın təşkilinə görə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya və Moskva Müsəlmanları Ruhani İdarəsinə təşəkkürünü bildirib.
“Zəkat” Fondunun rəhbəri Rifat İzmayılov xeyriyyəçiliyin vacibliyi barədə çıxış edərək deyib: “Biz, dindarlar xeyriyyəçilik trendi yaratmalıyıq. Ona görə ki, “xeyriyyəçilik” anlayışını başqalarına sirayət etməklə biz dünyanı daha da yaxşılaşdırır, onu daha xeyirxah edirik. Heydər Əliyev Fondu da, digər xeyriyyə fondları da buna çalışır, yaxşılıq etməyin asan olmasını şəxsi nümunələrində göstərirlər”.
Sonra müsəlmanlar iftarlarını açıb, Azərbaycan milli mətbəxinin yeməklərini və şirniyyatını dadıblar.
İftarda Heydər Əliyev Fondunun 15 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirdə “Bakı” ansamblının və müğənni Samir Salamın ifasında Azərbaycan milli musiqisi səslənib. “İman” müsəlman məktəbinin şagirdləri Ramazan ayına həsr edilmiş səhnələşdirilmiş proqram təqdim ediblər.
Qeyd edək ki, Rusiya Müftilər Şurasının mühüm layihəsi olan “Ramazan çadırı” xalqlar arasında dostluğu möhkəmlətmək, Moskvada yaşayan və İslam dininə etiqad bəsləyən çoxsaylı xalqların nümayəndələrini birləşdirmək naminə həyata keçirilir.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə fəal iştirak edir, dindarlar üçün iftar təşkil edir.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29

