BSU-da akademik Tofiq Hacıyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib
02.05.2019 [09:31]
Aprelin 30-da Bakı Slavyan Universitetində (BSU) Türkologiya kafedrasının təşkilatçılığı ilə dilçi alim, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. İştirakçılar tədbirin başlanğıcında akademikin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
BSU-nun Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, professor Eldar Piriyev “Akademik Tofiq Hacıyevin həyatı, elmi və pedaqoji fəaliyyəti” adlı geniş məruzə ilə çıxış edib. O, Tofiq Hacıyevin Azərbaycanda dilçilik elminin və türkologiyanın inkişafında mühüm rolu olduğunu bildirib.
Tədbirdə çıxış edən Türkologiya kafedrasının müdiri, professor Şaban Hüseynov akademik Tofiq Hacıyevin elmi fəaliyyətinin bütün türk dünyasında dilçilik elminin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Akademik Tofiq Hacıyevin tələbəsi, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva çıxışında alimin çoxşaxəli yaradıcılığından, səmərəli elmi fəaliyyətindən, respublikamızda dilçilik elminin inkişafına verdiyi töhfələrdən danışıb. Qızılgül Abdullayeva Tofiq Hacıyevin dilçilik elmi sahəsində elmi məktəb yaratdığını və həmin məktəbin bu gün dilçilik elmimizin ən ciddi problemlərinin həlli ilə məşğul olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən BSU-nun Azərbaycan dili kafedrasının müdiri İkram Qasımov, Türkologiya kafedrasının dosenti Nuridə Novruzova, Müasir Rus dili kafedrasının müdiri İlyas Həmidov akademik Tofiq Hacıyevin zəngin elmi və pedaqoji fəaliyyəti, yüksək insani keyfiyyətləri haqqında danışıblar. Diqqətə çatdırıblar ki, akademik Tofiq Hacıyev dilçilik elmimizə üslubiyyət məsələləri ilə bağlı sanballı əsərlər verib. Onlar Tofiq Hacıyevin elmi və pedaqoji fəaliyyətinin tədqiqinin vacibliyini bildiriblər.
Alimin oğlu Azər Hacıyev atası ilə bağlı xatirələrini danışıb. O, tədbirin təşkilində əməyi olan hər kəsə və iştirakçılara dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, akademik Tofiq Hacıyev Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü olub. O, 438 məqalənin, 11 monoqrafiyanın, 34 kitabın müəllifidir.
Tədbirin sonunda Türkologiya kafedrasının dosenti Xatirə Abdullayevanın Tofiq Hacıyevin həyat və yaradıcılığına həsr etdiyi “Qürubu olmayan günəş” filmi nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28

