Ədliyyə Nazirliyində mediasiya institutunun tətbiqinə dair dəyirmi masa keçirilib
18.04.2019 [09:58]
Aprelin 17-də Ədliyyə Nazirliyində mediasiya institutunun tətbiqinə dair dəyirmi masa keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin və Mətbuat Şurasının rəhbər şəxslərinin, ədliyyə naziri yanında İctimai Komitə üzvlərinin və digər vətəndaş cəmiyyəti, eləcə də media nümayəndələrinin, vəkil və psixoloqların iştirakı ilə keçirilən tədbirdə mübahisələrin məhkəmədən kənar həllində mediasiyanın rolu, bununla bağlı qəbul olunmuş “Mediasiya haqqında” yeni Qanunun mahiyyəti və əhəmiyyəti, bu institutun tətbiqi üzrə həyata keçirilən tədbirlər və layihələr, bu sahədə beynəlxalq təcrübədən irəli gələn məsələlər barədə faydalı fikir mübadiləsi aparılıb.
Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbərləri çıxış edərək ölkəmiz üçün yeni olan bu institut barədə əhalinin məlumatlandırılması baxımından dəyirmi masanın əhəmiyyətindən danışıb, tədbirin Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanına uyğun olaraq mediasiya prosesinin tətbiqi barədə maarifləndirmə və təşviqat tədbirləri çərçivəsində keçirildiyini vurğulayıblar.
Bildirilib ki, mediasiya institutu mülki işlər və iqtisadi, ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəməyə getmədən tərəflərin qarşılıqlı razılığı ilə həlli məqsədi daşıyır. Həmin institut hazırda bir çox inkişaf etmiş ölkələrdə geniş tətbiq olunur. Ölkəmizdə də mediasiya institutunun yaradılması gündəlikdə olub. Bu məqsədlə ötən dövrdə bir sıra addımlar atılıb, o cümlədən beynəlxalq təcrübə öyrənilib və Azərbaycan üçün potensial mediasiya modelinə dair təkliflər hazırlanıb.
Çıxışlarda “Mediasiya haqqında” Qanundan irəli gələn məsələlərdən, bu sahədə beynəlxalq təcrübədən danışılıb. Məlumat verilib ki, ötən dövrdə ailə institutunun inkişafına və nikah münasibətlərinin möhkəmlənməsinə dəstək verilməsi, nikahın pozulması hallarının mümkün qədər qarşısının alınması məqsədilə mediasiya xidmətinin göstərilməsinə dair vətəndaş cəmiyyəti institutları ilə birgə layihələr həyata keçirilib. Bakı şəhərinin rayon və “ASAN xidmət” mərkəzlərindəki qeydiyyat şöbələrində bu xidmətlərə müraciət edənlərdən 1900-dən çox şəxs psixoloqla söhbətə cəlb olunub, 300-ə yaxın ailə nikahın pozulmasından imtina edib.
Tədbirdə mediasiyanın düzgün və səmərəli tətbiqinin həm də məhkəmələrdə iş yükünün xeyli azalmasına səbəb olacağı vurğulanıb, mövzu ətrafında faydalı diskussiyalar keçirilib, bir sıra təkliflər səsləndirilib.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

