/ / İctimaiyyətin ədliyyə və məhkəmə fəaliyyəti barədə geniş məlumatlandırılması məqsədilə brifinq keçirilib
İctimaiyyətin ədliyyə və məhkəmə fəaliyyəti barədə geniş məlumatlandırılması məqsədilə brifinq keçirilib
11.04.2019 [09:21]
İctimaiyyətin ədliyyə və məhkəmə fəaliyyəti barədə daha geniş məlumatlandırılması məqsədilə Ədliyyə Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birgə nazirliyin fəaliyyət istiqamətləri üzrə reallaşdırdığı ardıcıl tədbirlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, aprelin 10-da Bakı Biznes Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat və notariat fəaliyyəti, tətbiq olunan informasiya-kommunikasiya texnologiyaları, elektron sistemlər və müxtəlif reyestrlər barədə növbəti brifinq keçirilib.
Tədbirdə nazirliyin aidiyyəti struktur qurumlarının, Mətbuat Şurasının rəhbərliyi, Milli Məclisin deputatları, ədliyyə naziri yanında İctimai Komitənin üzvləri və vətəndaş cəmiyyəti institutlarının, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Brifinqi açan nazirliyin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova və Mətbuat Şurasının sədri Əflatun Amaşov açıq hökumətin təşviqi prinsipindən irəli gələrək əhalinin mütəmadi maarifləndirilməsi işində vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin mühüm rolunu qeyd edib, bu baxımdan belə tədbirlərin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, fəaliyyətini hər zaman şəffaflıq və aşkarlıq prinsipləri əsasında quran Ədliyyə Nazirliyi media orqanları ilə əməkdaşlığa daim xüsusi önəm verir və nazirliyin bütün fəaliyyət istiqamətləri barədə brifinqlərin keçirilməsi mütəmadi xarakter daşıyır.
Sonra nazirliyin qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov, informasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə və Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini Mehdi Nəcəfov bu sahələrdə fəaliyyətin təşkili, həyata keçirilən islahatlar və yeniliklər barədə məlumat veriblər.
Brifinqdə ədliyyə və məhkəmə sahəsində tətbiq olunan innovasiyalarla tanış olan media nümayəndələrinə notariat hərəkətlərinin rəsmiləşdirilməsində tətbiq olunan rəqəmsal texnologiyalar, o cümlədən notariat ofislərini vahid şəbəkədə birləşdirən “Elektron notariat” informasiya sistemi barədə məlumat verilib. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə ötən ilin noyabrında qəbul edilmiş “Notariat haqqında” Qanuna edilən əsaslı dəyişikliklərin daha müasir texnologiyaların və innovasiyaların tətbiqinə geniş imkan yaratdığı qeyd olunub.
Sonra məsafədən xidmətlərə tələbatın artması ilə əlaqədar və əhalinin məmnunluğunun təmin edilməsi üçün müasir avadanlıqla təchiz olunan “Elektron notariat” informasiya sisteminə birbaşa çıxışı olan notariusların xüsusi səyyar çantaları, habelə bu yaxınlarda istifadəyə verilmiş elektron ədliyyə köşkü barədə məlumat verilib.
Bununla yanaşı, dövlətimizin başçısının rəhbərliyi ilə sahibkarlıq sahəsində həyata keçirilən islahatlar, onların səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, bu sahədə yoxlamaların dayandırılması ilə bağlı imzalanan fərman və sərəncamlar, qanunvericiliyə edilmiş mütərəqqi dəyişiklikliklərə əsasən iştirakçısı olduqları müqavilələr üzrə öhdəliklərin notariusun icra qeydi əsasında sadələşdirilmiş elektron qaydada həyata keçirilməsi imkanları xüsusilə vurğulanıb. Həmçinin vətəndaşların ailə və mülki hüquq münasibətlərindən yaranan sənədlərin toplanmasını və mühafizəsini həyata keçirən dövlət notariat arxivinin və vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin fəaliyyətindən söhbət açılıb. Bildirilib ki, hazırda vətəndaşlıq vəziyyəti haqqında akt qeydlərinin avtomatlaşdırılmış qaydada aparılması 15 milyona yaxın arxiv sənədinin rəqəmsallaşdırılması nəticəsində mümkün olub.
Görülən tədbirlər arasında ailə-nikah münasibətlərinin qorunub saxlanmasına xidmət edən, vətəndaş cəmiyyəti institutları ilə birgə layihə çərçivəsində qeydiyyat şöbələrində təşkil olunan psixoloqların mediasiya xidmətlərinin sosial əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, ötən ilin sentyabrından verilməsinə başlanılmış yeni nəsil şəxsiyyət vəsiqələrinin elektron daşıyıcısındakı məlumatlar “Əhalinin Dövlət Reyestri” informasiya sistemindən əldə edilir. Keçən əsrdə tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktları barədə milyonlarla məlumatın eyniləşdirilməsi həyata keçirilməklə mötəbərliyi təmin olunur.
Brifinqdə, həmçinin ədliyyə orqanları tərəfindən əhaliyə 30-dan çox elektron xidmətlərin göstərilməsi, onların səmərəliliyinin artırılması və tətbiqinin genişləndirilməsi vurğulanıb. İnnovativ həllərin tətbiqinin məhkəmələrin fəaliyyətində də geniş vüsət aldığı, “Elektron məhkəmə” informasiya sisteminin vətəndaşların məhkəmələrə elektron müraciət imkanlarını yaratdığı, ədalət mühakiməsinin əlçatanlığını asanlaşdırdığı qeyd olunub.
Milli Məclisin deputatları, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və kütləvi informasiya vasitələrinin rəhbərləri çıxışlarında bildiriblər ki, belə tədbirlər dövlət qurumları ilə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Ədliyyə Nazirliyi ilə Mətbuat Şurasının təşkil etdiyi görüş KİV-lərlə nazirlik arasında əməkdaşlığın genişləndirilməsi, habelə bu sahədə görülmüş işlər barədə ictimaiyyətin dolğun məlumatlandırılması baxımından vacib əhəmiyyət kəsb edir.
Brifinqdə sual-cavab sessiyası keçirilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb, media ilə əlaqələrin əhəmiyyəti, qarşılıqlı fəaliyyətin zəruriliyi və əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub, jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10

