ADA Universiteti “Təmiz ölkəm” ekoloji layihəsinə start verib
16.03.2019 [10:19]
Martın 15-də ADA Universitetində bu ali təhsil ocağının və “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə VII Bahar Gənclik Festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, “Coca-Cola” şirkətinin nümayəndələri, tələbələr iştirak ediblər.
Festival çərçivəsində ADA Universiteti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Coca-Cola” Fondu və “AzEkol” şirkətinin birgə əməkdaşlığı ilə “Təmiz ölkəm” layihəsinə start verilib.
Tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edən ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev bildirib: “ADA Universiteti “Coca-Cola” şirkəti ilə 2012-ci ildən bəri əməkdaşlıq edir. Bizim birgə həyata keçirdiyimiz “Ağac əkək, təbiətə töhfə verək” layihəsi uğurla həyata keçirilib. Layihə çərçivəsində ölkəmizdə ekoloji maarifləndirmə işləri görülüb və 100 minə yaxın ağac əkilib. Bu tədbir vasitəsilə start verdiyimiz “Təmiz ölkəm” layihəsi də ətraf mühitin qorunmasına yönəlib və inanırıq ki, biz yenə də müsbət nəticələr əldə edəcəyik”.
“Coca-Cola”nın Qafqaz üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev şirkətin Azərbaycanda ətraf mühitin qorunmasına verdiyi əhəmiyyəti vurğulayıb: “Sosial məsuliyyətli bir şirkət olaraq “Coca-Cola” hər zaman fəaliyyətdə olduğu ölkələrin inkişafı üçün müəyyən işlər görür. Bu ildən etibarən “Coca-Cola” və ADA Universitetinin birgə layihəsi olan “Təmiz ölkəm” layihəsinə start verilir. Ümid edirik ki, bu layihə də ötən layihələr kimi uğurla həyata keçirilərək ölkəmizin ekologiyasının yaxşılaşdırılmasına öz töhfəsini verəcək”.
Qeyd olunub ki, “Təmiz ölkəm” layihəsinin əsas məqsədi plastik kütlənin təkrar emalı barədə ictimaiyyət arasında maarifləndirmə işlərinin aparılmasını, plastik butulkaların toplanaraq təkrar emala göndərilməsini təbliğ etməkdir. Layihənin icrası cəmiyyətdə təkrar emal ənənəsinin formalaşdırılması, plastik tullantıların qruplaşdırılması üçün əlverişli platforma rolunu oynayacaq. Layihənin uğurla həyata keçirilməsi üçün Bakının əsas ərazilərində plastik butulkaların toplanması üçün xüsusi konteynerlər yerləşdiriləcək.
Festivalda Novruza həsr olunan sərgi, milli geyimlərimiz, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, ləziz bayram mətbəxinin şirniyyatları və ilaxır çərşənbənin özünəməxsus adət-ənənələri nümayiş etdirilib. ADA Universitetinin Bayraq meydanında quraşdırılmış və plastik şüşələrdən hazırlanmış nəhəng səməni maketi isə “Təmiz ölkəm” layihəsində “ikinci həyat” qazanmış uğurlu nümunələrdən biridir. Plastik səməni, həm də qədim Novruz adət-ənənəsi ilə müasir ekoloji durumu tərənnüm edir. Festivala qatılmış gənclər öz növbələrində istifadə etdikləri plastik butulkaları Bayraq meydanında yerləşdirilmiş xüsusi qablara ataraq “Təmiz ölkəm” layihəsinə öz dəstəklərini əyani olaraq göstəriblər.
Tədbir Azərbaycanın estrada müğənnilərinin çıxışları ilə davam edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

