Dövlət Gömrük Komitəsində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
08.03.2019 [09:19]
Dünən Dövlət Gömrük Komitəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Komitədən qəzetimizə verilən məlumata görə, gömrükçü qadınları təbrik edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycanda qadınlara hər zaman xüsusi münasibətin olduğunu vurğulayıb. Qeyd edilib ki, Azərbaycan qadınları həm mədəniyyət və incəsənət sahəsində, həm də dövlətçiliyimizin inkişafına, xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə yazılıb. Səfər Mehdiyev vurğulayıb ki, müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. O da xüsusilə qeyd edilib ki, məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından və gender bərabərliyinin təmini ilə bağlı bir sıra addımların atılmasından sonra ölkədə köklü olaraq qadın siyasətinin əsası qoyuldu. Öz növbəsində, Prezident İlham Əliyevin bu sahəyə ayırdığı diqqət Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzunu sürətlə artırdı. Müasir Azərbaycan dövlətində qadınların fəaliyyətinə geniş yer verilməsi, gender bərabərliyinin qorunması, eyni zamanda, cəmiyyətin bütün sahələrində lider qadınların yetişdirilməsi üçün əsaslı zəmin yaratdı. Bu gün Azərbaycan qadını cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edir və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti bütün dünyaya sübut edir ki, Azərbaycan qadını, eyni zamanda, fəal ictimai xadimdir. Səfər Mehdiyev onu da diqqətə çatdırıb ki, ötən il Azərbaycan gömrüyünün tarixində ilk dəfə olaraq xidmətə qəbulla əlaqədar müsabiqə yalnız qadın namizədlərin iştirakı ilə keçirilib. Müsabiqə gender bərabərliyinin təmin olunması istiqamətində dövlət siyasətindən irəli gələn məsələlərin yerinə yetirilməsi məqsədilə təşkil olunub. Dövlət Gömrük Komitəsi gender bərabərliyi sahəsində görülən işlərə öz töhfəsini əsirgəmir və sözügedən müsabiqənin keçirilməsi də cəmiyyətimizdə qadınlara göstərilən yüksək qayğının, etimadın bariz nümunəsidir. Ölkə həyatının bütün sahələrində uğurlu fəaliyyət göstərən, cəmiyyət quruculuğuna öz dəyərli töhfələrini verən qadınlarımızın əməyinin müstəqil Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirildiyini deyən DGK sədri iqtisadi təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanan gömrükçü qadınların fəaliyyətindən də bəhs edib və onlara ailə səadəti, işlərində yeni-yeni uğurlar arzulayıb.
Mərasimin sonunda gömrükçü qadınlara bayram hədiyyəsi, gül-çiçək dəstələri təqdim olunub.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

