“Bakcell”in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir
05.03.2019 [09:48]
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İntenet Provayderi Bakcell şirkəti artıq ölkənin bütün bölgələrində yüksək keyfiyyətli 4G xidmətlərini təqdim edir. Artıq Bakı, Abşeron yarımadası və Azərbaycanın bütün şəhər və rayonlarında (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) yaşayan Bakcell abunəçiləri şirkətin təqdim etdiyi yüksək sürətli mobil İnternet xidmətlərindən yararlana bilirlər.
Qeyd edək ki, 1700-dən artıq 4G stansiyası sayəsində Bakcell şirkəti əhatə dairəsi və şəbəkə tutumu baxımından ölkədə ən böyük LTE şəbəkəsinə malikdir.
Bakcell 2018-ci il ərzində mobil internet xidmətlərini ölkənin regionlarına doğru genişləndiriməyə davam edib. Şəbəkəyə yatırılan iri həcmli sərmayələr nəticəsində keçən il 300-ü regionlarda olmaqla 800-dən artıq 4G stansiyası quraşdırılıb. İstifadəçilər üçün ən yüksək keyfiyyətin təmin olunması istiqamətində aparılan işlərin davamı olaraq bu il ərzində ölkə ərazisində 750-dən çox 4G baza stansiyası istifadəyə veriləcək.
Bakcell öz şəbəkəsinin etibarlılığını və sabitliyini təmin etmək məqsədilə müntəzəm olaraq şəbəkə infrastrukturunu təkmilləşdirir.
“Bakcell şirkəti bazarda lider mövqeyini daha da gücləndirmək və xidmətlərin keyfiyyətini daha da artırmaq məqsədilə Azərbaycanın ən keyfiyyətli 4G şəbəkəsinə iri həcmli sərmayələr yatırır. Məqsədimiz odur ki, 4G xidmətlərimiz bütün ölkə ərazisində təmin olunsun. Buna görə də şəbəkəmizin əhatə dairəsi və keyfiyyətinin artırılmasına yönəlmiş işlər davam etdiriləcək”, - deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.
“Bakcell”in təmin etdiyi keyfiyyət və ən yüksək mobil İnternet sürətinə yerli və beynəlxalq səviyyədə yüksək qiymət verilir. Belə ki, 2018-ci ildə Bakcell “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Dünyada tanınmış “Ookla” şirkəti tərəfindən təsdiq edilib ki, Bakcell şəbəkəsi ölkədə ən yüksək orta yükləmə sürəti və ən aşağı gecikmə müddətinə (latency time) malikdir. 2017-ci ildə isə mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).
Bakcell özünün yüksək keyfiyyətli mobil şəbəkəsinin genişləndirilməsi və modenrnizasiyasına yönəlmiş iri-miqyaslı tədbirləri davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

