Avtomobil Yolları Dövlət Agentliyində növbəti hesabat-seçki yığıncağı keçirilib
28.02.2019 [16:48]
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) üzrə ərazi ilk partiya təşkilatının Gənclər Birliyinin hesabat-seçki yığıncağı keçirilib.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov qeyd edib ki, ölkə 1993-cü ilin yayında vətəndaş müharibəsi astanasında olarkən xalqın bütün ümidi Ulu Öndər Heydər Əliyevə idi. O vaxt xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ümummilli Lider qısa müddətdə respublikada ictimai-siyasi vəziyyəti sabitləşdirərək ölkəmizin inkişaf yoluna qədəm qoyması istiqamətində mühüm addımlar atdı.
S.Məmmədov Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrlə yanaşı, yol infrastrukturunun sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərildiyini, ölkənin regionlarında, eləcə də paytaxtda bu sahədə vəziyyətin kökündən dəyişdiyini, dövlət başçısının sərəncamları ilə ayrılan vəsaitlərin yol infrastrukturunun dinamik inkişafına yol açdığını və bu istiqamətdə həyata keçirilən məqsədyönlü, sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisinin, yenidən qurulmasının həcminin ildən-ilə artdığını vurğulayıb.
YAP Nəsimi rayon təşkilatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üzrə ərazi ilk partiya təşkilatının sədri Əvəz Qocayev AAYDA üzrə 3 minədək partiya üzvündən 700-ə yaxın əməkdaşın YAP Nəsimi rayon təşkilatının qeydiyyatında olduğunu və təşkilat tərəfindən keçirilən bütün tədbirlərdə ilk ərazi təşkilatı üzvlərinin aktiv iştirak etdiyini diqqətə çatdırıb. Ə.Qocayevin təklifi ilə təşkilatın Gənclər Birliyinin İdarə Heyətinin 9 nəfərdən ibarət tərkibi, birliyinin sədri və sədr müavinlərinin seçilməsi səsə qoyulub. Səsvermənin nəticəsinə uyğun olaraq, Mehman Musayev Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı AAYDA üzrə ərazi ilk partiya təşkilatının Gənclər Birliyinin sədri, Elmar İntiqam və Günay İsrafilli isə sədr müavinləri seçilib.
O, YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyinin konfransına nümayəndələrin də seçilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı AAYDA-nın YAP Nəsimi rayonu üzrə ən böyük ərazi təşkilatı olduğunu bildirib, sözügedən təşkilatın nümunəvi təşkilat olaraq partiyanın inkişafına öz layiqli töhfəsini verdiyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

