/ / 162 saylı məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində 100 nəfər valideynlə görüş keçirilib
162 saylı məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində 100 nəfər valideynlə görüş keçirilib
21.02.2019 [09:47]
Dünən Bakı şəhəri Səbail rayonu, Etibar Əliyev adına 162 nömrəli məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində 100 nəfər valideynlə görüş keçirilib. Qeyd edək ki, Bakı şəhəri Təhsil İdarəsinin 29.01.2019-cu il tarixli F-66 nömrəli əmrinə əsasən həyata keçirilən bu layihə çərçivəsində valideynlər məktəblərin infrastrukturu ilə yaxından tanış olmaq, açıq dərslərdə iştirak etmək, məktəbin müəllim kollektivi ilə müzakirələr aparmaq imkanı əldə edirlər. Tədbir çərçivəsində 100-ə yaxın valideyn məktəbdə tədris prosesi ilə yaxından tanış olub.
Akt zalından başlanan tədbirdə çıxış edən məktəbin direktoru Sevinc Abbasova məktəbin 100 ildən artıq olan tarixi haqqında geniş məlumat verib. Bildirilib ki, 162 saylı orta məktəb 1917-ci ildə Bakı milyonçularından Murtuza Muxtarov tərəfindən tikilib. Bakıda ikinci “Qız məktəbi” kimi fəaliyyət göstərən bu təhsil ocağının ilk rəhbəri də xeyriyyəçi mesonatın xanımı Liza Tuqanova olub. Məktəbin 2017-ci ildə əsaslı şəkildə təmir edildiyini diqqətə çatdıran S.Abbasova əsaslı təmirdən sonra Prezident İlham Əliyevin məktəblə yaxından tanış olduğunu və açılışında iştirak etdiyini bildirib.
Daha sonra həyata keçirilən “Valideynin məktəbdə bir günü” layihəsi haqqında məlumat verən direktor bu layihənin davamlı xarakter daşıdığını və valideynlərin övladlarının tədris prosesi ilə yaxından tanış olmaq imkanı əldə etdiyini deyib.
Tədbirdə çıxış edən təlim-tərbiyə işləri üzrə direktor müavinləri Tünzalə Mikayılova və Sevinc Əliyeva valideynlərin iştirak edəcəyi açıq dərslərin qrafiki haqqında məlumat veriblər.
Tədbir çərçivəsində valideynlər sinif otaqlarını gəzib, dərslərdə iştirak ediblər. O cümlədən kimya, biologiya, fizika, informatika fənn kabinələri, ekosinif, leqosinif, idman zalı, bufet, tibb otağı, hərbi hazırlıq otağı ilə yaxından tanış olublar. Valideylər “Məktəbin fəxri qonaqları” kitabına məktəb haqqında ürək sözlərini qeyd ediblər, təkliflərini irəli sürüblər. Tədbir bədii hissə ilə yekunlaşdırılıb.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxGündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00

