Jurnalistlər üçün daha bir yazı müsabiqəsi
11.02.2019 [11:37]
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı jurnalistlər arasında "Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi" mövzusuna dair çap və elektron məqalələrin müsabiqəsini elan edir. Müsabiqə əlilliyi olan şəxslərin sosial, iqtisadi, əmək, fundamental hüquqları və əlilliyin daha yaxşı dərk edilməsi mövzularında yazılar hazırlamaq və beləliklə bu kateqoriya insanların məsələlərini və problemlərini daha yaxşı işıqlandırmaq məqsədi ilə elan olunur.
Qeyd edək ki, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, ölkənin ictimi-siyasi həyatında hamı ilə bərabər iştirakının təşviqi, əlilliyi olan şəxslərlə bağlı stereotiplərin aradan qaldırılması, əlilliyi olan şəxslərə münasibətdə steqma yaradan ifadələrin və davranışların aradan qaldırılmasında kütləvi informasiya vasitələrinin rolu əvəzsizdir. Bu baxımdan jurnalistlər əlilliyi olan şəxslərin cəmiyyətə daha yaxşı inteqrasiya olunması, onların sosial, iqtisadi, əmək və məşğulluq problemləri, əlilliyin dərki mövzularında yazılar hazırlayıb təqdim etməlidirlər.
Məqalələrin qiymətləndirilmə meyarları aşağıdakı kimi olacaq:
1. Yazıda əlilliyin dərki və bununla bağlı olan problemlərin qabardılması, əlilliyi olan şəxslərin həyat hekayələri ilə bağlı nümunələrin olması;
2. Əlilliyi olan şəxslərin hüquqları haqqında beynəlxalq və milli normalar və onların tətbiqi məsələləri;
3. Müyəssərlik, əlverişli mühit, universal dizayn və onların təmin olunması istiqamətində uğurlar və problemlər;
4. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, inklüziv təhsili, məşğulluğu, asudə vaxtın təşkili, mədəni həyatda iştirakı üçün motivasiya yaradan aspektlərin qabardılması;
5. Ayrı-seçkiliyin ləğvi və bərabər imkanların təşviqi;
6. Yazının peşəkarlıq səviyyəsi (mövzunu mümkün qədər tam əhatə etməsi, sadə dildə yazılması, ekspertlərdən yararlanmaqla müxtəlif yanaşmaların tarazlaşdırılmış şəkildə təsviri, başlığın orijinallığı).
Müsabiqənin qalibləri nüfuzlu ekspertlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən müəyyən olunacaqlar. Qaliblər diplomlar və aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:
Birinci yer – 700 AZN
İkinci yer – 500 AZN
Üçüncü yer – 400 AZN
Müsabiqənin texniki şərtləri:
1. Jurnalistlər müsabiqəyə 11 fevral 2019-cu ildən 1 aprel 2019-cu ilədək dövri mətbuatda dərc edilən və ya internet resurslarında yerləşdirilən məqalələri ilə qatıla bilərlər. Bir jurnalist birdən artıq məqalə təqdim edə bilməz. Müsabiqədə iştirak etmək istəyən şəxslər aktiv jurnalistika fəaliyyəti ilə məşğul olmalı və ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdırlar.
2. Müəlliflər məqalənin dərc edildiyi qəzet və ya jurnalın nüsxəsini həmin məqalənin elektron versiyası ilə birgə GIZ-in "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramının Bakı bürosuna təqdim etməli və müvafiq ərizə formasını doldurmalıdırlar. İnternetdə yerləşdirilmiş məqalə müəlliflərindən yalnız müvafiq ərizə formasını doldurmaq tələb olunur.
3. Müsabiqəyə müraciət üçün tələb olunan sənədlər: VÖEN-in nüsxəsi
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma”" regional proqramının Bakıdakı bürosunun ünvanı: Gənclər meydanı 1, AZ 1005 Bakı, Tel.: (99412) 497 15 88, 497 49 62, 497 87 63.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

