Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub
31.01.2019 [08:53]
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycanda ilk dəfə təşkil olunan “Milli KSM Mükafatı 2018” mükafatına layiq görülüb.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “ASAN Xidmət” və Milli Məclis üzvləri, bır sıra qeyri-hökumət və özəl təşkilatların təmsil olunduğu Münsiflər Heyəti Bakcell şirkətini “Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi” nominasiyasında mükafatlandırıb.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası, Azərbaycan Gənclər Fondu və Proaktiv şirkətinin Bakı Konqres Mərkəzində təşkil etdiyi mükafatlandırma mərasimində 2018-ci il ərzində həyata keçirilmiş uğurlu KSM layihələrinin seçilməsi üçün baş tutmuş müsabiqə, uğurlu KSM layihələri və Azərbaycanda bu sahənin inkişafı haqqında danışılıb.
“Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi” nominasiyası üzrə mükafata layiq görülmüş “Öz biznesinə başla və təkmilləşdir” layihəsi “Bakcell”in ən uzunmüddətli tərəfdaşlarından biri olan “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq məqsədilə icra olunur. Layihədə iştirak edən gənclər “Bakcell”in maliyyə dəstəyilə öz kiçik bizneslərini qurublar. Biz 2019-cu ildə də növbəti eyniadlı layihəni həyata keçirəcək və daha çox gəncə dəstək olacağıq”, - deyə Bakcell şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.
“Bu il 10 yaşını qeyd edəcəyimiz “Bakcell Stars” KSM proqramı ölkənin ən genişmiqyaslı korporativ sosial məsuliyyət proqramlarından biridir. Proqramın əsas məqsədi xüsusi qayğiya ehtiyacı olan uşaqlar və gənclər üçün bərabər hüquq və imkanların yaradılması və onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi ilə yanaşı ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların və valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərin təhsili, bacarıqlarının artırılması, gələcəkdə iş qura bilmə qabiliyyətlərinin təmin edilməsi və sosial rifahının yaxşılaşdırılmasıdır. Bakcell şirkətinin bu istiqamətdə uğurlu fəaliyyəti davamlı xarakter daşıyır və biz çox şadıq ki, uşaq və gənclərə göstərdiyimiz dəstək öz bəhrəsini verir”, - deyə Süheylə Cəfərova əlavə edib.
Xatırladaq ki, Bakcell 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir. Həmçinin, 2010-cu ildən bəri “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirilən “İncəsənət vasitəsilə ünsiyyət” layihəsi və digər iri sosial layihələr vasitəsilə Bakcell şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmaları üçün əlindən gələni edir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42

