“Azərbaycan Prokurorluğu - bir əsrlik inkişaf tarixi” kitabının təqdimatı olub
20.12.2018 [10:01]
Dekabrın 19-da Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Azərbaycan Prokurorluğunun yaranmasının 100 illiyi münasibətilə hazırlanmış “Azərbaycan Prokurorluğu - bir əsrlik inkişaf tarixi” kitabının təqdimatı olub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Ədliyyə, Daxili İşlər nazirliklərinin, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri, Baş Prokurorluğun idarə və şöbə rəisləri iştirak ediblər.
Kitabda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş prokurorluğun keçdiyi inkişaf yoluna nəzər salınıb, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının tərkib hissəsi kimi prokurorluq orqanlarında aparılan islahatlardan, görülən işlərdən, hüquqi dövlət quruculuğunda prokurorluğun iştirakından bəhs olunub.
Baş prokurorun müavini Namiq Əsgərov təqdimat mərasimində çıxış edərək nəşrin ərsəyə gəlməsində xidməti olan şəxslərə minnətdarlığını bildirib. N.Əsgərov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müdrik dövlətçilik siyasəti nəticəsində hüquq-mühafizə orqanlarının fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində təkmilləşdirilməsi, o cümlədən yüz illik tarixi olan prokurorluq orqanlarının inkişafı və fəaliyyət istiqamətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Həmçinin prokurorluğun Azərbaycanda hüquqi dövlət quruculuğu prosesində rolunun, ölkənin hüquq sistemində yerinin öyrənilməsi baxımından kitabın əhəmiyyəti xüsusi vurğulanıb.
Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi Natiq Hüseynov çıxışında kitabda Azərbaycan Prokurorluq orqanlarının Xalq Cümhuriyyəti, sovet və müstəqillik dövrlərində fəaliyyətinin təhlili, əvvəllər nəşr edilmiş kitablarla müqayisədə tətbiq olunan yeniliklər, kitabda ilk dəfə tədqiq edilmiş mənbələr və tarixi sənədlər haqqında ətraflı məlumat verib.
Mərasimdə iştirak edən qonaqlar və Baş Prokurorluğun məsul şəxsləri “Azərbaycan Prokurorluğu - bir əsrlik inkişaf tarixi” kitabının işıq üzü görməsini prokurorluğun həyatında əlamətdar hadisə kimi qiymətləndiriblər. Çıxışlarda nəfis və mükəmməl tərtibatda çapdan çıxan kitabda prokurorluğun fəaliyyətinin bütün istiqamətlərinə dair müfəssəl və dəqiq məlumatın yer aldığı vurğulanıb. Nəşrin prokurorluq və digər hüquq-mühafizə orqanlarının işçiləri, prokurorluğun fəaliyyəti ilə maraqlanan oxucular və geniş hüquq ictimaiyyəti üçün faydalı və sanballı məlumat mənbəyi olduğu ifadə edilib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

