Astarada akademik Sudeyif İmamverdiyevin 80 illik yubileyi qeyd olunub
11.12.2018 [09:43]
Dekabrın 7-də Astara Rayon Mədəniyyət Mərkəzində Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, Respublika Ağsaqqallar Şurasının sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “Şöhrət” və “Şərəf” ordenli Sudeyif İmamverdiyevin 80 illik yubileyi təntənəli şəkildə qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə görkəmli alimin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmə baxıblar.
Tədbirin aparıcısı, rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mərasim Hacızadə yubilyarın ömür yolu barədə məlumat verib. Qeyd olunub ki, 1938-ci il iyulun 2-də Astara şəhərində ziyalı ailəsində anadan olan Sudeyif İmamverdiyevin elmi-pedaqoji fəaliyyəti çoxsahəli və əhatəlidir. O, Azərbaycanda urologiyanın və andrologiyanın aktual istiqamətlərinin inkişafında önəmli nailiyyətlər qazanıb.
Diqqətə çatdırılıb ki, S.İmamverdiyev ölkəmizin dar günündə, yenicə bərpa olunmuş müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşdiyimiz bir dövrdə Ulu öndər Heydər Əliyevə siyasi partiya yaradılması ilə əlaqədar müraciət edən məşhur “91-lər”dən biridir. Yaradılan gündən YAP Siyasi Şurasının üzvü olan tanınmış ziyalı bu gün də ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir.
Yubiley mərasimində çıxış edən Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının dosenti, tibb elmləri doktoru Rauf Nağıyev, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, hüquq elmləri doktoru, professor, Azərbaycan Milli Aviasiya Akademiyasının hüquq kafedrasının müdiri, Əməkdar müəllim İbrahim Quliyev, Astara Rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev Sudeyif İmamverdiyevi 80 illik yubileyi münasibətilə təbrik edərək, ona ən xoş arzularını çatdırıblar.
Akademik Sudeyif İmamverdiyev ona göstərilən diqqət və qayğıya, əməyinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Yubiley mərasimində Astara rayon Mədəniyyət Mərkəzinin “Sevinc” xalq instrumental ansamblı və Kakalos kənd folklor evinin “Əvəsor” folklor kollektivi konsert proqramı ilə çıxış ediblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
23 İyul 14:37
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01

