/ / Türk Şurasına üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərlərinin növbəti iclası keçirilib
Türk Şurasına üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərlərinin növbəti iclası keçirilib
13.11.2018 [09:26]
Ankarada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ-Türk Şurası) üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərlərinin üçüncü iclası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata görə, rəsmi şəxslər, o cümlədən səfirlərin və beynəlxalq təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən iclasda Azərbaycanı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreev iclasın gündəliyində olan məsələlər barədə ümumi məlumat verərək diqqətə çatdırıb ki, təşkilata üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi və vahid fəaliyyət strategiyasının qəbul olunması tərəflərin maraqlarını təmin edir.
Türkiyənin diaspor siyasətinin ayrı-ayrı istiqamətləri barədə ətraflı məlumat verən mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ilə Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Eren çıxışlarında diqqətə çatdırıblar ki, müasir dünyada türkdilli diaspor təşkilatları arasında koordinasiyanın müəyyən edilməsi və əməkdaşlıq formalarının tapılması, bu sahədə birgə fəaliyyət xarici ölkələrdə yaşayan vətəndaşlarımız və soydaşlarımız üçün mühüm əhəmiyyət daşıyır.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanda diaspor fəaliyyətinin yaranması, inkişaf istiqamətləri, perspektivləri və qarşıya qoyulan məqsədlər barədə danışıb, həmçinin bu sahədə türkdilli ölkələrlə əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Fuad Muradov diqqətə çatdırıb ki, türk dünyasının birliyi ideyası yüzillərdən bəri mövcud olsa da, yalnız XX əsrdə bu ideyanın reallaşması istiqamətində əhəmiyyətli addımlar atılıb. Bu istiqamətdə türk dünyasının iki böyük öndəri - Ümummilli lider Heydər Əliyev və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürk tarixi uğurlara imza atıblar. Bu sahədə Azərbaycanda böyük işlər görülüb, ciddi qərarlar qəbul olunub. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ildə Bakıda Azərbaycan və Türk Diaspor Rəhbərlərinin I Forumunun təşkili və elə həmin il paytaxtımızda keçirilən Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı türkdilli xalqların diaspor fəaliyyətində birgə əməkdaşlığın formalaşmasına böyük töhfələr verib.
Azərbaycanda diaspor fəaliyyətinin səmərəli nəticələr verməsi üçün bu sahədə işin təşkilində edilən yeniliklər barədə məlumat verən Fuad Muradov qeyd edib ki, ölkəmizin ərazi bütövlüyünün bərpası, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn normaları çərçivəsində həllinə nail olmaq, o cümlədən “Xocalıya Ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Xocalı soyqırımının tanınmasına, həmçinin bu bəşəri cinayət barədə beynəlxalq ictimaiyyəti daha geniş şəkildə tanış etmək diaspor fəaliyyətinin başlıca istiqamətləridir.
Rəsmi açılışdan sonra təqdim olunan qərar layihəsi ətrafında müzakirələr aparılıb. İclas “Türk Şurasının Türkdilli Diaspora Birgə Fəaliyyət Strategiyası”na dəyişikliklərin təsdiq edilməsi haqqında qərarın və “2019-cu ildə Türk Şurası Diaspor Birgə Fəaliyyət Planı”nın imzalanması ilə başa çatıb.
İclas çərçivəsində Türk Şurasına üzv ölkələri təmsil edən nümayəndə heyətləri Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsində olublar. Burada diaspor sahəsində qarşılıqlı əməkdaşlığa dair sənədlərin imzalanması mərasimi təşkil olunub. Əvvəlcə Türkiyənin diaspor fəaliyyəti sahəsində əldə etdiyi uğurlardan bəhs edən film nümayiş olunub. Sonra sənədlərin imzalanması keçirilib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Respublikasının Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi arasında “Diaspor siyasəti sahəsində birgə fəaliyyətə dair Anlaşma Memorandumu” imzalanıb.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxElm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50

