/ / Londonda Azərbaycan Milli Onkologiya Mərkəzinin xərçəng xəstəliyi ilə mübarizə üsulları müzakirə edilib
Londonda Azərbaycan Milli Onkologiya Mərkəzinin xərçəng xəstəliyi ilə mübarizə üsulları müzakirə edilib
12.10.2018 [09:02]
Oktyabrın 10-da Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev Britaniya Baş nazirinin Azərbaycan, İraq və Türkmənistan üzrə Ticarət elçisi Baronessa Nikolson Vinterbornun vasitəçiliyi və iştirakı ilə Britaniyanın Oksford Universitetinin professoru, xərçəng araşdırmaları üzrə məşhur britaniyalı alim Deyvid Kerr ilə görüşüb.
Görüş zamanı Baronessa Nikolson Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkədə tibbin inkişafına ayırdıqları xüsusi diqqət və qayğını alqışlayaraq, onlara dərin ehtiramını və səmimi salamlarını çatdırıb.
Deyvid Kerrin sorğusu əsasında akademik Cəmil Əliyev Azərbaycanda xərçəng xəstəliyinin profilaktikası və tətbiq olunan müalicə üsulları, xərçənglə mübarizədə Milli Onkologiya Mərkəzində görülən tədbirlər, o cümlədən mərkəzin xərçəng xəstəliyindən əziyyət çəkən şəxslərin ömrünün uzadılmasında və sağalma həddinin artırılmasındakı rolu, istifadə edilən avadanlıqlar və təcrübələr (radiologiya, MRI, kimya-terapiya, cərrahiyyə və sairə) barədə ətraflı məlumat verib. Bu xüsusda, həmçinin Azərbaycanda xərçəng xəstəliklərinin müvafiq növlərinin azalma və artma tendensiyaları barəsində də fikir mübadiləsi aparılıb.
Öz növbəsində D.Kerr, Milli Onkologiya Mərkəzində çoxsaylı müalicə otaqlarının olmasının, hər bir tibbi avadanlıqla təchiz olunan səyyar müalicə maşınlarının bölgələrdə xərçəngdən əziyyət çəkən əhalinin müayinə və müalicəsi üçün göndərilməsi təcrübəsinin, eləcə də mərkəzdə test və müayinədən keçən şəxslərin 70 faizinin xərçəngdən əziyyət çəkən deyil, sadəcə, yüksək diaqnostikadan istifadə edən sadə xəstələr olması faktının təqdirəlayiq olduğunu nəzərə çatdırıb.
Görüşdə Azərbaycanda xərçəng xəstəliyi üzrə mütəxəssis və həkimlərin hazırlığı, təlimi məsələsi də müzakirə edilib. D.Kerr bu məsələyə xüsusi maraq göstərərək gələcəkdə bu sahədə Oksford Universitetinin müvafiq tibbi strukturları çərçivəsində əməkdaşlıq perspektivlərinin mövcud olduğunu qeyd edib. Akademik C.Əliyev ikitərəfli əməkdaşlıq imkanlarının yerində müzakirə edilməsi və Milli Onkologiya Mərkəzini ziyarət etməsi üçün D.Kerrini Azərbaycana səfərə dəvət edib. Dəvət D.Kerr tərəfindən məmnuniyyətlə qəbul olunub.
Görüşün sonunda Oksford Universiteti və Milli Onkologiya Mərkəzi arasında tibbi əməkdaşlıq üzrə anlaşma Memorandumunun imzalanması barədə razılıq əldə edilib.
Yaxın Şərqdə xeyriyyəçiliklə məşğul olan AMAR Beynəlxalq Xeyriyyə Fondunun Londondakı iqamətgahı və Britaniyanın Lordlar Palatasında keçirilən görüşdə AMAR-ın Aparat rəhbəri Endryu Metfen və Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə də iştirak edib. Akademik Cəmil Əliyev və AMAR-ın rəhbərliyi arasında bu qurumun İraqda həyata keçirdiyi proqramlar və Azərbaycanın həmin proqramlara mümkün töhfəsi barədə fikir mübadiləsi aparılıb.
Akademik Cəmil Əliyev Baronessa Nikolsona sonuncunun Bakıya səfərləri zamanı görüşdüyü azərbaycanlı həkim və tibbi personalın dərin rəğbət və ehtiramını çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37

