/ / “Kənd təsərrüfatı üzrə peşə təhsili: Yeni ixtisasların yaradılması” layihəsinin nəticələri açıqlanıb
“Kənd təsərrüfatı üzrə peşə təhsili: Yeni ixtisasların yaradılması” layihəsinin nəticələri açıqlanıb
12.09.2018 [08:53]
Sentyabrın 11-də Bakıda BP şirkəti ilə Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Kənd təsərrüfatı üzrə peşə təhsili: Yeni ixtisasların yaradılması” layihəsinin nəticələrinə həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin inkişafına dəstək məqsədilə hazırlanmış və çap olunmuş 29 yeni dərslik və tədris materialları təqdim edilib.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, bu layihə ölkənin kənd təsərrüfatı üzrə peşə təhsilinin bazasını gücləndirmək və kənd təsərrüfatı sektorunun səmərəliliyini artırmaq istiqamətindəki səylərinə BP-nin və onun tərəfdaşlarının verdiyi töhfənin bir hissəsidir. Layihə “British Council” təşkilatı tərəfindən iki mərhələdə həyata keçirilib. Ümumilikdə təxminən doqquz min nüsxə yeni dərslik və tədris materialı çap olunub. Layihənin iki fazasının birlikdə ümumi dəyəri 463 min manatdır.
Təhsil naziri Ceyhun Bayramov layihənin nəticələri barədə məlumat verib. Bildirilib ki, dərsliklər və tədris materialları yeni nəsil fermerlərin yetişməsi üçün çox faydalı olacaq, çünki yeni ixtisasların tədrisində istifadə ediləcək bu vəsaitlər yerli kənd təsərrüfatının vəziyyətini və mühitini yaxşı bilən yerli ekspertlər və mütəxəssislər tərəfindən yazılıb. Bu ixtisaslar üzrə təlimlərin yeni modul üsulu və metodologiyası ilə keçirilməsi, şübhəsiz ki, ölkənin kənd təsərrüfatı üzrə peşə təhsilinin təkmilləşdirilməsində önəmli nailiyyət olacaq. Layihə dörd kənd təsərrüfatı ixtisası - bitkiçilik, kənd təsərrüfatı texnikası, meyvəçilik və tərəvəzçilik mütəxəssisi üzrə yeni tədris metodologiyasının və müasir dərsliklərin hazırlanmasını əhatə edir. Layihə çərçivəsində Qəbələ, İsmayıllı, və Qaxdakı peşə məktəblərinin tələbələri, müəllimləri və təlimçiləri üçün ustad dərsləri təşkil olunub. Eyni zamanda, bir qrup kənd təsərrüfatı mütəxəssisinə və peşə məktəbi müəlliminə yeni modul üsuluna əsaslanan metodologiya barədə dərslər keçilib.
Böyük Britaniyanın Azərbaycandakı səfiri, xanım Karol Krofts və digər çıxış edənlər layihənin icrası və nailiyyətləri barədə danışıblar. Qeyd olunub ki, Təhsil Nazirliyi ilə əməkdaşlıqda yerinə yetirilən bu layihə ölkədə kənd təsərrüfatı üzrə peşə təliminin keyfiyyətliliyinin artırılması məqsədi daşıyır. Layihə kənd yerlərindəki icmalar üçün yeni imkanlar açır.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

