ADNSU-da “Gələcəyin energetikası: problemlər və perspektivlər” mövzusunda müzakirələr aparılır
12.09.2018 [08:52]
Sentyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Gələcəyin energetikası: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, ADNSU-nun təşkilatçılığı ilə keçirilən tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, beş ölkədən alim və mütəxəssislər iştirak edirlər.
Konfransda ADNSU-nun rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi ali təhsil ocağında energetika sahəsində həyata keçirilən kadr hazırlığından danışıb. Bildirilib ki, ADNSU ölkəmizdə müvafiq sahə üzrə ən çox mütəxəssis yetişdirən ali məktəbdir. Məqsəd Azərbaycanın energetika sahəsində sürətli inkişafı naminə keyfiyyətli kadrlar hazırlamaqdır. Ölkəmizdə energetika sahəsinə dövlət qayğısından danışan rektor bu istiqamətin daim Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu bildirib.
Rektor diqqətə çatdırıb ki, tədbirin keçirilməsinin əsas məqsədi energetika sahəsində tanınmış alimlərlə universitetimizdə müzakirələr aparmaq, müvafiq istiqamətdə müəyyən problemlərin həlli yollarını tapmaqdır. Həmçinin konfrans azərbaycanlı alimlər üçün də önəmli platformadır. Çünki onlar dünyanın tanınmış alimləri ilə müzakirələr aparmaq imkanı əldə edəcəklər.
Energetika sahəsində tanınmış alim və mütəxəssislərin Bakıda toplanmaları baxımından tədbirin əhəmiyyətini vurğulayan təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ADNSU-nun bütün istiqamətlərdə olduğu kimi, müvafiq sektorda da mühüm işlər gördüyünü diqqətə çatdırıb. Universitetdə yetişdirilən kadrların energetika sahəsinə verdiyi töhfələrdən danışan nazir müavini vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində müvafiq istiqamətdə inkişaf müşahidə olunur. M.Vəliyeva konfransın ekologiyanın çirklənməsinin qarşısının alınması, alternativ enerji mənbələrinin inkişaf etdirilməsinə və s. öz töhfəsini verəcəyinə inandığını bildirib.
Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Osman Aşkın Bak Azərbaycan və Türkiyə tərəfindən birgə həyata keçirilən enerji layihələri barədə məlumat verib. O deyib: “Azərbaycan və Türkiyə üçün strateji layihə olan TANAP iki ölkənin siyasi iradəsi hesabına həyata keçirilib. Enerji sektorunda əməkdaşlığın genişləndirilməsi üçün bu layihə olduqca önəmlidir. TANAP Azərbaycan və Türkiyə liderlərinin birgə həyata keçirdiyi tək layihə deyil. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihələri də birgə səylərin parlaq nümunəsidir. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın dövlətlər yoxdur”.
“Rosatom-beynəlxalq şəbəkə”nin prezidenti Aleksandr Merten atom energetikasında təhlükəsizliyin təmin olunması barədə təqdimatla çıxış edib.
Konfransın işinə uğurlar arzulayan Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev mövzuların aktuallığı baxımından tədbirin əhəmiyyətini vurğulayıb. Belə görüşlərin mütəmadi təşkilini təqdirəlayiq hal kimi dəyərləndirən E.Babayev bu işdə ADNSU-ya dəstək olmağın vacibliyini vurğulayıb. Diqqətə çatdırılıb ki, bu universitet enerji sahəsində yüksəkixtisaslı kadrların hazırlanması prosesini də uğurla həyata keçirir.
E.Babayev, həmçinin ölkəmizdə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərdən danışıb.
Sonra Azərbaycanda energetika sahəsinin inkişafından bəhs edən film nümayiş olunub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin sədri, akademik Adil Qəribov, “Schneider Elektrik” şirkətinin Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Emrah Tekdemir, Qazi Universitetinin professoru Cengiz Taplamacioğlu və başqaları energetika sahəsi ilə bağlı müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.
Konfrans işini panel iclasları ilə davam etdirib.
İkigünlük konfransda “Müasir energetikanın problemləri”, “Bərpa olunan enerji mənbələri”, “Nüvə energetikası” bölmələr üzrə təqdim edilən 60-dan çox tezisdən seçilmiş mövzular üzrə müzakirələr aparılacaq.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39

