İlyas Serenli: Türkiyə ilə Azərbaycanın mənəvi sahədə birliyi olduqca əhəmiyyətlidir
10.08.2018 [08:48]
Türkiyə Diyanət Vəqfinin dəvəti ilə bu ölkədə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi avqustun 8-də Diyanət İşləri Başqanının Diyanət Vəqfi üzrə müavini İlyas Serenli ilə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Fondun icraçı direktoru Mehman İsmayılov respublikamızda tarixi ənənəyə söykənən tolerantlıq mühitinin formalaşdığını qeyd edib. M.İsmayılov bildirib ki, ölkəmizin multikulturalizm modeli dünyaya örnəkdir. Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri barədə də ətraflı məlumat verən icraçı direktor bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycanda 2250 məscid, 14 kilsə, 7 sinaqoq mövcuddur.
Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılma məqsədi və fəaliyyət istiqamətlərindən bəhs edən M.İsmayılov deyib ki, Fond mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyini həyata keçirir.
Daha sonra Türkiyə Diyanət İşləri Başqanının Diyanət Vəqfi üzrə müavini İlyas Serenli iki ölkə arasında olan sıx münasibətlərin təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, bir millət iki dövlət olan Türkiyə və Azərbaycanın mənəvi sahədə sıx birliyi olduqca vacibdir.
Eyni zamanda, Fond rəhbərliyinin Türkiyə Diyanət Vəqfinin direktoru Mehmet Savaş Polat, Diyanət Vəqfinin Qaynaq İstehsalat İdarəsinin müdir müavini Süleyman Baysal, Diyanət İşləri Başqanlığının Xarici Əlaqələr İdarəsinin Avrasiya bölgəsi üzrə şöbə müdiri Ömer Faruk Savuran, Din Xidmətləri İdarəsinin Came Xidmətləri şöbəsinin müdiri Neşet Bodur, Həcc və Ümrə Xidmətləri İdarəsinin Həcc və Ümrə Təlimi şöbəsinin müdiri Esma Ertenlə də görüşü keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25

