Meşə yanğınlarının qarşısını almaq üçün nə edilməlidir?
04.08.2018 [08:36]
Ekspertlər bildirirlər ki, meşələrdə hər 10 yanğından 9-u odla ehtiyatsız davranma və yaxud yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verir
Son günlər dünya ictimaiyyətinin ən çox müzakirə etdiyi mövzulardan biri meşə yanğınlarıdır. Bir çox ölkələrdə meşə yanğınları onlarla insanın həyatına son qoyub, yüzminlərlə hektar meşə sahələri məhv olub. Yunanıstanda çoxlu sayda insanın həyatını itirməsinə səbəb olan meşə yanğınları İsveçdə 25 min hektar meşə sahəsini məhv edib. Ölkəyə dəymiş zərərin 87 milyon avro dəyərində olduğu bildirilir. ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları nəticəsində 6 nəfərin öldüyü, daha 7 nəfərin isə itkin düşdüyü bildirilir. Yanğın 19,5 min hektar sahəni əhatə edib, ətraf ərazilərdən 38 min insan təxliyə olunub. Həmçinin İndoneziyada, Avstraliyanın Viktoriya ştatında, İspaniyanın Malyorka adasında, Rusiyanın Krasnoyarsk diyarında, Danimarkada, Gürcüstanın məşhur kurort bölgələrindən olan Borjomi bələdiyyəsinin ərazisində şiddətli yanğınlar ciddi tələfatlarla müşayiət olunub. Dünyada yaşanan bu cür hadisələr isə şübhəsiz ki, meşələrin qorunmasının aktuallığını bütün ciddiliyi ilə gündəmə gətirib. Bəs ölkəmizdə meşələrin qorunması, yanğın təhlükəsinin qarşısının alınması istiqamətində hansı preventiv tədbirlər görülür?
Firdovsi Əliyev: Azərbaycanda meşə və çöl ərazilərində yanğının səbəblərinin 97 faizi insan faktoru ilə bağlıdır
Dünən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev sözügedən mövzuda jurnalistlərə açıqlamasında ölkə ərazisinin 12 faizini tutan meşələrin 85 faizinin dağlıq, 15 faizinin isə düzənlik ərazilərdə yerləşdiyini və yanğınların insan faktorundan qaynaqlandığını xüsusi qeyd edib: “Son vaxtlar havaların həddindən artıq isti və quraq keçməsi, yay mövsümü ilə əlaqədar istirahətə gedənlərin meşəlik ərazilərə üz tutmaları və açıq alovdan istifadə etmələri, həmçinin növbəti əkin mövsümünə hazırlıq məqsədilə biçindən sonra zəmi, biçənək və kövşənlərin qanunsuz olaraq yandırılması bir çox hallarda ciddi fəsadlara səbəb olur. Əksər ot bitkilərinin vegetasiya dövrünün başa çatması ilə əlaqədar meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində quru ot qalıqlarının üstünlük təşkil etməsi yanğın baş vermiş ərazidə onun qısa müddət ərzində daha geniş yayılması, hətta çətin keçilən dağlıq və sıldırım qayalıqla əhatə olunmuş ərazilərə keçməsi ilə nəticələnir. Həmin yanğınların qarşısının alınması və lokallaşdırılması uzun müddət, hətta sutkalarla vaxt tələb edir. Bunun nəticəsində isə təbiətə külli miqdarda ziyan dəyir”.
Brifinqdə meşə yanğınları və yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə nəzərdə tutulan cərimələr və inzibati cəzaların tətbiq olunmasının zəruriliyi də qeyd edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə fauna və floraya vurulan ziyana görə vətəndaş məsuliyyətsizliyinin qarşısının alınmasının zəruriliyini diqqətə çatdırıb. Onun dediyinə görə, 1 santimetr humus qatının formalaşması üçün 300 il vaxt lazımdır. Bu cür məsuliyyətsiz hərəkətlər isə hektarlarla ərazini sıradan çıxardığına görə onu cəzasız qoymaq olmaz.
Elə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təlimatçısı Nizami Fərəcov da “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, meşələrdə 10 yanğından 9-u odla ehtiyatsız davranma və yaxud meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, isinmək, yemək bişirmək üçün qalanmış tonqallar və meşəni tərk edərkən bu tonqalların tam söndürülməməsi kütləvi meşə yanğınlarına səbəb olur. Söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən çıxan qığılcımlar da yanğınlar törədir.
Meşə yanğınlarının qarşısını almaq üçün təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır
Nizami Fərəcov yanğın təhlükəsizliyi qaydalarına ciddi şəkildə əməl olunmasının zəruriliyinə diqqət çəkib. Bununla bağlı fikirlərini ifadə edən mütəxəssis deyib: “Meşə yanğınlarının qarşısını almaq üçün təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Belə ki, meşələrə sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı və digər tezalışan mayelərə bulaşmış əsgi və digər materialları atmaq olmaz. Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxiliyanma mühərrikli aqreqatların yanacaqla doldurulması yolverilməzdir”.
O cümlədən turist istirahət zonaları, gənclər və uşaq təşkilatları tərəfindən dövlət meşə fondu torpaqlarında keçirilən kütləvi tədbirlər zamanı tonqallar yalnız Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin icazəsi ilə bu təşkilatın ayırdığı xüsusi yerlərdə qalana bilər. Nizami Fərəcov vurğulayıb ki, tullantıların yandırılması da bütün hallarda həmin təşkilatla razılaşdırılmalıdır: “Tonqal heç bir halda ağacın altında (xüsusən də budaqları aşağı sallanan ağacların altında) yandırılmamalıdır. Quru ağac kötükləri və quru ot olan ərazidə də od qalamaq olmaz. Tonqal qalamaq üçün əvvəlcədən hazırlanmış sahədən və yaxud da köhnə tonqalın yerindən istifadə etmək lazımdır. Bu məqsədlə ağaclardan xeyli aralıda yer hazırlamaq məqsədəuyğundur. Həmin ərazi otlardan təmizlənməli, sonra isə yandırılacaq odun parçaları üçün çala qazılmalıdır”.
N.Fərəcov onu da bildirib ki, yanğın təhlükəsinin qarşısını almaq üçün zəruri yerlərdə 2-3 metr enində şum aparılmalı, meşələrin tör-töküntülərdən təmizlənməsi təmin edilməli, meşə ərazisində yerləşən hər hansı tikilinin ətrafı 15 metr radiusunda şumlanmalı və ya yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir.
FHN-in rəsmisi yanğın təhlükəsizliyinin təmin edilməsində maarifləndirmə və təbliğat işinin əhəmiyyətini də xüsusi vurğulayıb: “Meşələrin yanğın təhlükəsizliyini təmin etmək məqsədi ilə FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, o cümlədən meşə mühafizəsi və bərpası müəssisələri ilə birlikdə yerlərdə mütəmadi maarifləndirici görüşlər təşkil edirik. Eyni zamanda, əhalinin təhlükəsizliyinə hesablanan xüsusi videomateriallar, fövqəladə hallar zamanı əhalidə davranış vərdişlərinin yaradılması məqsədi daşıyan müxtəlif səpkili plakatlar, broşürlər, yaddaş kitabçası və bukletlər hazırlamışıq. Bu vəsaitləri meşə zolaqlarına yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrinin sakinləri arasında yayırıq”.
Meşə yanğınlarının söndürülməsində FHN-in müvafiq qurumları çevik fəaliyyət göstərirlər
“Meşə yanğınlarının söndürülməsində FHN-in müvafiq qurumları çevik fəaliyyət göstərirlər. Bu məqsədlə FHN-in Aviasiya dəstəsinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunları Komandanlığının, o cümlədən Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və texnikası hadisə yerinə cəlb olunur. FHN-in qüvvələrinin çevikliyinin və peşəkarlığının nəticəsidir ki, ölkəmizdə meşə yanğınlarının sayı əhəmiyyətli dərəcədə azalıb, belə hallar baş verdikdə isə onların əhatə dairəsinin genişlənməsinin qarşısı qısa müddətdə alınır”, - deyə Nizami Fərəcov bildirib.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49

