Dini radikalizmə qarşı mübarizədə maarifçilik əsas silahdır
03.08.2018 [09:08]
Avqustun 2-də Dövlət Sərhəd Xidməti (DSX) ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə Tədbirlər Planına uyğun olaraq DSX-nin Sahil Mühafizəsində “Dini ekstremizmin təzahür formaları və ona qarşı mübarizənin hüquqi əsasları” mövzusunda tədbir keçirilib.
DQİDK-dan AZƏRTAC-a bildiriblər ki, zabit və sərhədçilərin iştirak etdikləri tədbirdə əvvəlcə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş olunub.
Sonra çıxış edən Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov əsası Ulu öndər tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsi ilə əlaqədar hökumətin həyata keçirdiyi tədbirlərin müsbət nəticələrindən, gənclər arasında aparılan maarifləndirmə işinin effektivliyinin artırılmasından danışıb. O bildirib ki, “Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və dəyişikliklərin edilməsi, Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən din xadimlərinə maddi dəstəyin göstərilməsi, eləcə də din sahəsində milli kadrların hazırlanması məqsədilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması bu istiqamətdə görülmüş işlərin bariz nümunəsidir.
Natiq deyib ki, hərbi vətənpərvərliyin gücləndirilməsində milli mənəvi dəyərlərin özünəməxsus rolu var. Dini radikalizmə qarşı mübarizədə maarifçiliyin əsas silah olduğunu vurğulayan S.Heydərov DQİDK-nın bu istiqamətdə müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq etdiyini, hüquqi və ideoloji müstəvidə mübarizə aparıldığını diqqətə çatdırıb. O, Azərbaycan Silahlı Qüvvələrinin hərbi birləşmələrində bu cür tədbirlərin mütəmadi keçirildiyini qeyd edib.
Sədr müavini onu da deyib ki, bəzi xarici qüvvələr İslam dinindən siyasi və iqtisadi maraqlar naminə alət kimi istifadə edirlər və Yaxın Şərqdə baş verən proseslər bunun nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə ictimai-siyasi sabitliyin mövcud olduğunu bildirən S.Heydərov bəzi xarici dairələr tərəfindən Azərbaycanda mövcud sabitliyi pozmaq cəhdlərinin olduğunu deyib. O, gəncləri yad ideyalardan qorunmaları üçün müvafiq icazəsi olmayan ədəbiyyatlardan istifadə etməməyə çağırıb.
“Şəhadət” sənədli filminin əhəmiyyətindən də danışan natiq deyib ki, bu film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr olunub. “Şəhadət” sənədli filmində Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edilir. Filmdə Vətənin müqəddəsliyi və onun müdafiəsinin vacibliyi, şəhidlik zirvəsinin ucalığı təbliğ olunur, digər tərəfdən isə radikalizmin törətdiyi fəsadlar tamaşaçılara təqdim edilir.
Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin rəisi, general-mayor Əfqan Nağıyev isə çıxışında bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirib. O, eyni zamanda, dini amillərdən yararlanaraq radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının sayıqlıq göstərməsinin zəruriliyini qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38

