/ / FHN-in işçiləri həmkarlar ittifaqında ilin birinci yarısının yekunlarına dair hesabat yığıncağı keçirilib
FHN-in işçiləri həmkarlar ittifaqında ilin birinci yarısının yekunlarına dair hesabat yığıncağı keçirilib
01.08.2018 [09:23]
İyulun 31-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin akt zalında FHN işçilərinin həmkarlar ittifaqının 2018-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, hesabat yığıncağında nazirlik işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov, nazirliyin qurumlarında və regional mərkəzlərində fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak ediblər.
Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov tədbirdə hesabat məruzəsi ilə çıxış edərək qurumun təşkilatçılığı ilə görülən işlər, 2018-ci ilin birinci yarısında nazirliyin əməkdaşlarının mədəni istirahəti, müalicələri və asudə vaxtlarının mənalı təşkili istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Qeyd edilib ki, nazirliyin əməkdaşlarının azyaşlı uşaqları üçün Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il və Novruz bayramı münasibətilə şənliklər təşkil olunub, onlara bayram hədiyyələri verilib. Eyni zamanda, əlamətdar gün və peşə bayramlarında vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənən və yubiley yaşı tamam olan ittifaq üzvləri fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
M.İsmayılov FHN-in təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə Qəbələdə “Gənc xilasedici” VI Beynəlxalq yarışının və “Gənc xilasedici və yanğınsöndürən” VII Ümumrespublika birinciliyinin keçirildiyini, ittifaq üzvlərinin sağlamlığını qorumaq və qurumlararası əlaqələri intensivləşdirmək məqsədilə İdman-sağlamlıq klubu ilə birgə şahmat, çoxnövçülük, stolüstü tennis, minifutbol və beşnövçülük üzrə çempionatların təşkil olunduğunu bildirib.
“Əvvəlki illərdə olduğu kimi, ötən dövrdə də ittifaqın fəaliyyətində əsgərlərlə görüş prioritet vəzifələrdən biri olub”, - deyən M.İsmayılov FHN Mülki Müdafiə Qoşunlarının Quba, Qaradağ, Şirvan və Gəncədəki “N” saylı hərbi hissələrində görüşlərin keçirildiyini, əsgərlərə xatirə hədiyyələrinin və bayram sovqatlarının verildiyini söyləyib.
M.İsmayılov deyib ki, FHN işçilərinin həmkarlar ittifaqı Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Ağdam rayonunda “Ümummilli lider Heydər Əliyev və Dağlıq Qarabağ”, Gəncə Regional Mərkəzində “Ümummilli lider Heydər Əliyev və Silahlı Qüvvələr” mövzusunda elmi-praktiki konfranslar keçirib. Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin Aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqları komitələri sədrlərinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasına səfər təşkil edilib. Səfər çərçivəsində Naxçıvanın tarixi yerləri, dini-mədəni abidələri ziyarət olunub. Həmçinin Sumqayıt Regional Mərkəzində və FHN-in Tibb Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr olunan tədbirlər keçirilib.
Bildirilib ki, həmkarlar ittifaqının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə silsilə tədbirlər reallaşdırılıb, Azərbaycanlıların Soyqırımının 100-cü ildönümü ilə əlaqədar nazirliyin qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitə sədrlərinin bir qrupunun, gənc alim və tədqiqatçıların iştirakı ilə Quba Soyqırımı Memorial Kompleksinə ziyarət təşkil edilib. Qubada “Azərbaycanlıların soyqırımı - 100 il” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Ötən dövrdə ittifaq tərəfindən maddi durumu çətin olan və vəzifə borclarını yerinə yetirərkən xəsarət almış əməkdaşlara maddi yardımın göstərildiyini bildirən Mehman İsmayılov, eyni zamanda, həmkarlar ittifaqının bir qrup üzvünün ailələri ilə birgə yay aylarında Nabranda yerləşən “Orman” istirahət mərkəzinə yollayışlarla təmin edildiklərini, səhhətində problemləri olan üzvlərdən 70 nəfərə məzuniyyət vaxtında sosial sığorta hesabına “Abşeron”, “Günəşli”, “Bilgəh”, “Qaranquş”, “Şıx”, “Naftalan” və “Xəzər” sanatoriyalarında müalicə və istirahət üçün dəyərinin 15 faizini ödəmək şərti ilə yollayış verildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Vətən qarşısında borcunu yerinə yetirərək döyüşmüş veteran əməkdaşların və maddi imkanı az olan işçilərın yollayışlarla pulsuz təmin olunublar. Bundan əlavə, təşkilatın büdcəsi hesabına ittifaqın altı üzvünə “Naftalan” sanatoriyasına yollayış verilib.
Tədbirin sonunda FHN işçilərinin həmkarlar ittifaqının Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən təltif olunmuş dörd üzvünə AHİK-in yaradılmasının 25 illik yubiley döş nişanları təqdim edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18

