“İki sahil” - müstəqil Azərbaycanın həmyaşıdı
11.07.2018 [09:00]
1991-ci ildən oxucuları ilə təmasda olmaq üçün “yola çıxan” “İki sahil” qəzeti artıq 27 ildir ki, milli mətbuatımızın əqidəsinə sadiq üzvü kimi öz sözünü deyir. Dünyada, ölkəmizdə baş verən hadisələrə “bələdçilik” edərək oxucularını məlumatlandırır. Ulu öndər Heydər Əliyevin “Jurnalist əməyi qeyri-adi əməkdir, böyük zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir” sözünu, jurnalist adını peşəkarlığı ilə doğruldan bu qəzetin əməkdaşları demokratik inkişaf yolu ilə irəliləyən ölkəmizdə mövcud olan çoxsaylı mətbuat ailəsinin üzvü kimi mövqeyinə sadiqliyi, obyektivliyi, reallığı əks etdirən maraqlı yazıları ilə diqqəti cəlb edir.
Ötən əsrin sonlarında, ölkəmizdə baş verən hadisələrin gərgin dövründə sözün qüdrətinə güvənən “İki sahil” “gənc” olsa da, cəsarətli yazıları, hadisələri dəyərləndirmə bacarığı, dövlətçilik maraqlarının qorunması baxımından çoxillik təcrübəyə malik qəzetlərlə çiyin-çiyinə addımlayaraq əldən-ələ gəzdi.
İnsanlarla dil tapmaq, mehriban, isti münasibət qurmaq, fərdi çalışmaq bacarığına yiyələnən kollektivin səyi ilə qısa müddətdə oxunaqlı qəzetlər sırasında özünə yer tutan “İki sahil”ə Ulu öndər Heydər Əliyev “Mən hesab edirəm ki, “İki sahil” qəzeti çox iş görmüşdür... O vaxt bu qəzet çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm. Ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu yüksək qiymətləndirirəm” sözləri ilə yüksək qiymət vermişdir.
Azərbaycanın ictimai-siyasi həyatında özünü təsdiqləyə, işinə bağlı, məsuliyyətli kollektivin gücü ilə bütün çətinlikləri aradan qaldıran qəzetin rəhbərliyi, yaradıcı və texniki heyəti haqqında deyilən xoş sözlər 27 ildə çəkilən zəhmətə verilən qiymətdir. Azərbaycanın inkişaf strategiyasının tətbiqi ilə əldə olunan nailiyyətləri, enerji bazarında qazanılan uğurları işıqlandırmaqla dövlət siyasətinin təbliği istiqamətində böyük rolu olan bu qəzetdə çalışanlar Azərbaycan dövlətçiliyinə daim sadiq olan yaradıcı, sağlam fikirli ziyalılardır.
Mətbuat üçün 27 il böyük zaman kəsiyidir. “İki sahil” öz mövqeyinə sadiqliyi ilə seçilən, dövlətçilik prinsiplərinə sadiq qalan gündəlik qəzetdir. Qəzetin müəyyənləşdirdiyi kursa sadiqliyində əməyi olan qəzetin baş redaktoru, prinsipiallığı ilə fərqlənən Əməkdar jurnalist Vüqar Rəhimzadənin xidmətlərini, qəzetdə dərc olunan cəsarətli yazıları dövlətçiliyə sədaqət kimi dəyərləndirən Ulu öndər Heydər Əliyevin “İki sahil” qəzeti də bizim çoxdankı qəzetlərimizdəndir. Yenə də o dövrdə, biz Naxçıvanda blokada şəraitində yaşadığımız dövrdə bu qəzetin indiki redaktoru... Vüqar Rəhimzadə tez-tez Naxçıvana gələrdi və hələ partiya yaranandan xeyli əvvəl Naxçıvanın işləri haqqında materiallarımızı dərc edərdi. İndi o bizim Yeni Azərbaycan Partiyasının qəzetidir. Çox inkişaf edib, böyüyüb, genişlənib və güman edirəm ki, bu yolla gedərsə, daha da güclü qəzet olacaqdır” tövsiyəsini sonrakı fəaliyyəti ilə doğruldan “İki sahil” bu gün həqiqi mənada 700 mindən artıq üzvü olan YAP-ın ideyalarını təbliğ edən mətbu orqandır.
İllərin sınağında daha da təkmilləşən, püxtələşən “İki sahil” bu gün də dövlətçilik mənafeyi baxımından öz sözünü, mövqeyni qoruyur.
...Zirvəyə çıxmaq asandır. Əsas odur ki, qət etdiyin bu zirvədə qalasan. 27 ili arxada qoyaraq bu ucalığa sahib olan “İki sahil” yenə də oxucuların daim maraq göstərdiyi qəzetlərdəndir.
Deyirlər, jurnalist peşəsinin çətinliyini bu peşəni həyat yolu seçənlər anlayarlar. Qəzet bolluğunun hiss olunduğu, mətbuat dəryasında üzən gəmilər və qayıqlar arasında düzgün yolla irəliləyən, oxucu rəğbəti qazanan “İki sahil” qəzetinin kollektivi 27 yaşını əldə etdiyi uğurları ilə qeyd edir.
P.S. Biz də “Yeni Azərbaycan”çılar olaraq Azərbaycan mətbuatının inkişafında özünəməxsus rolu olan “İki sahil” qəzetinin kollektivini qəzetin fəaliyyətə başlamasının 27-ci ildönümü münasibətilə təbrik edir, həmkarlarımıza gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
İqtisadiyyat
15 İyul 17:35
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40

