/ / Goranboyda “Pambığın becərilməsi üçün aqrotexniki tədbirlərin təşkili”nə həsr olunan müşavirə keçirilib
Goranboyda “Pambığın becərilməsi üçün aqrotexniki tədbirlərin təşkili”nə həsr olunan müşavirə keçirilib
07.07.2018 [09:29]
Kənd Təsərrüfatı Nazirliyi iyulun 6-da Goranboyda “Pambığın becərilməsi üçün aqrotexniki tədbirlərin təşkili”nə həsr olunan müşavirə keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərlərinin, pambıqçılıqla məşğul olan fermerlərin, mütəxəssislərin iştirakı ilə Heydər Əliyev Mərkəzində təşkil olunan müşavirədə əsas diqqət Prezident İlham Əliyevin iştirakı ilə 2018-ci il martın 26-da Bərdədə keçirilən “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə verilən tapşırıqların icrası məsələləri olub.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev müşavirədə pambıqçılığın inkişafı istiqamətində rayonda görülən işlər, mövcud vəziyyət barədə məlumat verib. Bildirib ki, Goranboy rayonu üçün ənənəvi sahələrdən olan pambıqçılığın gələcək illərdə daha çox innovativ üsulların tətbiqi hesabına məhsuldarlığına nail olmaq əsas məqsədlərdəndir.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov müşavirədə “Azərbaycanda pambıqçılığın inkişafı - hədəflər və perspektivlər” mövzusunda çıxış edərək nazirlik tərəfindən bu sahədə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Pambığın strateji məhsul olduğunu diqqətə çatdıran natiq Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələrdən, bu vəzifələrin icrası ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, son iki ildə pambıqçılıq sahəsi üçün 5700 ədəd texnika alınıb, müasir avadanlıqlarla təchiz edilən 11 regional aqrokimya laboratoriyası yaradılıb.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi” mövzusunda təqdimatla çıxış edib. Fermerlərə pambığın əhəmiyyəti, Azərbaycanda becərilən pambıq sortları, dondurma şumu, arat, toxumluq çiyidin səpinə hazırlanması, səpinin aparılması qaydaları, pambığın becərilmə texnologiyası: seyrəltmə, kətmənləmə, kultivasiya, eləcə də pambıq bitkisinin gübrələnməsi, xəstəlik və zərərvericiləri haqqında ətraflı məlumat verib.
AMEA-nın müxbir üzvü, Aqrar Universitetin rektoru, professor İbrahim Cəfərov son illərdə ali təhsil müəssisəsində infrastrukturun, maddi-texniki bazanın və kadr potensialının yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. Aqrar Universitetin nəinki respublikamızda, hətta Qafqazda və Şərqi Avropada ən böyük universitetlərdən biri olduğunu deyən rektor bu təhsil ocağında ixtisaslı aqrar kadrların, xüsusən də aqronomların hazırlanması üçün tələbələrə tətbiq olunan güzəştlər və təqaüdlər haqqında müşavirə iştirakçılarına məlumat verib.
“Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov çıxışında respublika üzrə kənd təsərrüfatı texnikasının bölgüsü və mövcud vəziyyətindən danışıb.
Tədbir müşavirə iştirakçıları tərəfindən müzakirələr və qarşılıqlı fikir mübadiləsi şəraitində keçib.
Sonda fermer Siyavuş Qurbanova məxsus pambıq tarlasında mütəxəssislər tərəfindən kultivasiya, seyrəltmə, zərərvericilərlə mübarizə və digər becərmə işlərinin səmərəli təşkilinə dair lazımi tövsiyələr verilib, təkliflər dinlənilib, suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15

