/ / Lənkəranda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans işə başlayıb
Lənkəranda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans işə başlayıb
06.07.2018 [09:36]
Ölkəmizdə tarixən mövcud olan dini dözümlülük ənənələrinin qorunması və inkişafı, eləcə də multikultural dəyərlərin təbliği Azərbaycan dövlətinin əsas siyasi prioritetlərindəndir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir iyulun 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfransda səsləndirilib.
İki gün davam edəcək regional konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Lənkəran şəhər təşkilatının fəalları, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Konfransda dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas istiqamətləri, multikultural dəyərlərin qorunması, eyni zamanda, tolerantlıq mühitinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi barədə müzakirələr aparılıb.
Toplantıda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev son illər ölkəmizin bütün bölgələrində olduğu kimi, Lənkəran rayonunda da dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlərdən danışıb.
Qeyd olunub ki, hazırda Lənkəran rayonunda fəaliyyət göstərən 83 məscidin 46-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınan dini icma fəaliyyət göstərir. Rayonda bütün vətəndaşların özlərinin adət-ənənələrini və dini ayinlərinin icrası üçün lazımi şərait yaradılıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması istiqamətində görülən işlərdən danışaraq, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılmasının Ümummilli liderin adı ilə bağlı olduğunu bildirib. Ulu öndərin dövlət-din münasibətləri sahəsində qoyduğu bu nümunəvi siyasətin Onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla aparılmasının nəticəsidir ki, Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir.
Dövlət Komitəsinin sədri hazırda Yaxın və Orta Şərqdə baş verən müharibələr, qanlı toqquşmaların fonunda ölkəmizdə azərbaycançılıq məfkurəsinin, milli mənəvi, dini dəyərlərin, tolerantlıq siyasətimizin təbliği və daha da möhkəmləndirilməsinin, bu mühitin qorunub saxlanılmasının həyata keçirilən din siyasətinin mühüm istiqamətlərini təşkil etdiyini vurğulayıb.
Mübariz Qurbanlı cəmiyyətimizdə gənc nəsli milli-mənəvi dəyərlərə uyğun, milli ruhda yetişdirməyin olduqca əhəmiyyətli amil olmasına da toxunub. Bu sahədə dövrün tələblərinə uyğun islahatların aparılması, savadlı milli kadrların hazırlanması və milli-mənəvi dəyərlərimizin təbliğ və təşviq edilməsinin dövlət-din münasibətlərinin tənzimlənməsi işində müsbət nəticələr verəcəyini qeyd edib.
O, bu məqsədlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını sözügedən proseslərə növbəti töhfə adlandırıb.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Qəni Axundzadə dinə dövlət qayğısından danışaraq ölkəmizin cənub bölgəsində dini durumun sabit olduğunu bildirib.
Qeyd olunub ki, son illər ölkəmizin bütün bölgələri kimi, Lənkəran rayonu da hər bir sahədə özünün müasir inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində rayonun bir çox dini-tarixi memarlıq abidələri əsaslı şəkildə yenidən qurulub.
Sonda iştirakçılara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən çap olunan kitablar paylanılıb.
Regional konfrans işini iyulun 6-da “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20

