/ / Ulu öndər Heydər Əliyev ölkəmizin ən çətin anında xilaskarlıq missiyasını qürurla öz üzərinə götürərək, şərəflə yerinə yetirdi
Ulu öndər Heydər Əliyev ölkəmizin ən çətin anında xilaskarlıq missiyasını qürurla öz üzərinə götürərək, şərəflə yerinə yetirdi
09.06.2018 [09:14]
Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin edən 15 iyun - xalqımızın nicat günü. Artıq 25 illik ildönümünü qeyd etdiyimiz Milli Qurtuluş Günümüz. Doğma xalqının çağırışına heç vaxt biganə qalmayan Heydər Əlirza oğlu Əliyevin 1993-cü il iyun ayının 9-da xalqın tələbi ilə Naxçıvandan Bakıya gəlişi. Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan bu tarixi anların şahidi olan Şəmsəddin Xanbabayevin (1992-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının baş naziri, hal-hazırda Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı) dedikləri: “Prezident Əbülfəz Elçibəyin təyyarəsi iyunun 7-dən Naxçıvan hava limanında Heydər Əliyevi gözləyirdi. Baxmayaraq ki, Ulu öndər hələ Bakıya getmək barədə qərar verməmişdi. İyunun 8-də saat 18 radələrində prezident Ə.Elçibəy dövlət telefonu ilə mənim otağıma zəng etdi. Onun dönə-dönə düz 3 dəfə təkrar edərək dediklərini mən də çox aydın şəkildə eşitdim: “Qoy, Bakıya gəlsin, Onun ayağının altında qurban kəsərəm. Qardaş qırğını başlayır, Azərbaycan parçalana bilər. Heydər Əliyev indi də gəlməyib nə vaxt gəlməlidir?!”. Bakıdan olan bu telefon zəngi barədə məlumat vermək üçün özünün icazəsi ilə dərhal Ulu öndərin iş otağına gəldim və eşitdiklərimi olduğu kimi ona danışdım. O, diqqətlə məni dinlədikdən sonra, - “Şəmsəddin, bir də təkrar elə”, - dedi. Mən də təkrar etdim. Ayağa durub kabinetdən çıxmaq istəyirdim ki, o məni saxlayaraq “hər şeyi olduğu kimi bir də danış”, - dedi. Mən də eşitdiklərimi yenidən təkrar etdim.
Beləliklə, Ulu öndər Azərbaycanda yaranmış mürəkkəb hərbi-siyasi vəziyyəti aradan qaldırmaq və qardaş qırğını təhlükəsinin qarşısını almaq məqsədilə iyunun 8-də axşam Bakıya dönmək barədə qərar verdi və mənə tapşırdı ki, Şəmsəddin, sən aidiyyəti şəxslərlə danış ki, bizim təyyarə Ermənistan üzərindən deyil, İran üzərindən uçsun. Özün də hazırlaş, mənimlə Bakıya gedəcəksən. Təbiidir ki, mən də Onun adından kimlərlə lazımdısa danışaraq məsələni həll etdim. İyunun 9-da saat 11-də Ulu öndər Ali Məclisin binasından çıxaraq hava limanına gedərkən Ali Məclisin qarşısına toplaşmış 50 mindən çox insan Onu yola salmağa gəlmişdi. Toplaşanlar arasında Muxtar Respublikanın, demək olar ki, bütün rayonlarından gələn çoxsaylı insanlar var idi. Qadınlarla yanaşı, hətta bəzi kişilər də ağlayırdı. Əsas olan isə o idi ki, bu insanların hamısı sevindiyindən ağlayırdı. Hamı yaxşı bilirdi ki, O, Bakıya getməklə qardaş qırğını dayanacaq və Azərbaycan parçalanmaqdan xilas olacaq.
Naxçıvandan Bakıyadək 1 saat 5 dəqiqəlik uçuş zamanı mən təyyarədə masa arxasında Ulu öndərlə üzbəüz oturmuşdum. O, yolboyu söhbət edirdi. Hərdənbir də fikrə gedirdi. Hiss edirdim ki, Ulu öndər belə anlarda daha çox məhz qarşıdakı görüşlər, müstəqil Azərbaycanın yaxın və uzaq qayğıları barədə düşünür. O vaxtdan 25 il keçir və hər dəfə həmin tarixi anı xatırladıqca özümü çox xoşbəxt insan hesab edirəm.
Bakı hava limanında gözlədiyimizdən qat-qat artıq insan Ulu öndəri qarşılamağa gəlmişdi. Baxmayaraq ki, o zamanlar ölkə rəhbərliyində buna mane olmaq istəyənlər kifayət qədər çox idi. Görünür, Ümummilli lideri qarşılamağa gələn insan axınına heç kim heç bir vasitə ilə mane ola bilməmişdi. Bu, ölkənin ən çətin anında xilaskarlıq missiyasını qürurla öz üzərinə götürərək, şərəflə yerinə yetirən xalqımızın dahi oğlu, Ulu öndər Heydər Əliyevə olan sonsuz ümumxalq məhəbbətinin əyani təzahürü idi. Tanrıma minnətdaram ki, Azərbaycanın o şanlı tarixinin dönüş nöqtəsi olan həmin anların şahidi olmağı mənə də nəsib edib”.
Qafar Cəbiyev,
Əməkdar jurnalist
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46

