/ / Ali Attestasiya Komissiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfrans keçirilib
Ali Attestasiya Komissiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfrans keçirilib
25.05.2018 [09:15]
Mayın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfrans keçirilib. Bu barədə AZƏRTAC-a AAK-dan məlumat verilib.
Tədbiri açan Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri əvəzi, AAK sədrinin müavini Vəli Hüseynov bildirib ki, 1918-ci il mayın 27-də Zaqafqaziya Seyminin müsəlman fraksiyasının üzvləri ayrıca iclaslarını keçirmiş və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəlmişlər. Tarixdən məlum olduğu kimi, Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etmişdir. Bununla da əslində ilk Azərbaycan parlamenti yaranmış və Azərbaycanda ilk parlamentli respublikanın bünövrəsi qoyulmuşdur. 1918-ci il mayın 27-də keçirilmiş həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçilmişdir. Həmin iclasda M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilmişdir. Mayın 28-də isə Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirilmiş və burada qəbul edilən Bəyannamə bütün türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə məhz ilk dəfə olaraq Azərbaycanda yeni tipli demokratik respublika idarə üsulunun - parlamentli Cümhuriyyətin yaradılmasının siyasi-hüquqi əsasını qoymuşdur. Heç də təsadüfi deyil ki, müasir müstəqil Azərbaycan Respublikası yaranarkən özünü Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi-siyasi varisi elan etmişdir.
1990-cı illərin əvvəllərində yaranmış müasir müstəqil Azərbaycan Respublikasının böhranlı vəziyyətində hakimiyyətə gəlmiş Ümummilli lider Heydər Əliyev dövlətimizin tarixi taleyinin həll olunmasında mühüm işlər görərək onu böhrandan çıxarmış, dövlətimizin iqtisadi, siyasi, ideoloji və hüquqi əsaslarını möhkəmlədərək onun daha güclü inkişafı üçün geniş zəmin yaratmışdır. Bununla da dövlət və dövlətçiliyimiz Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən fərqli olaraq öz müstəqilliyini qoruyub saxlamışdır.
Hazırda ölkəmizin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının daha da uğurlu inkişafı və güclü modern dövlətə çevrilməsi istiqamətində genişmiqyaslı dövlət proqramları həyata keçirilir.
Tədbirdə məruzə ilə çıxış edən AAK-ın şöbə müdiri Rafail Əhmədli XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan mütəfəkkirlərinin Azərbaycan Xalq Cümhuriyyətinin nəzəri və ideoloji əsaslarını hazırlaması və onların yaratdıqları siyasi partiyaların keçdiyi mübarizə yolu haqqında geniş məlumat verib. AAK Hüquq elmləri üzrə ekspert şurasının üzvü, hüquq üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar Müəllimi Nazim Cəfərli məruzə ilə çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin parlamentli respublika kimi fəaliyyətindən, qəbul etdiyi qanunların mütərəqqi xüsusiyyətlərindən danışıb.
Xəbər lenti
Hamısına baxİdman
15 İyul 12:51
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18

