Bakıda Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin plenar iclası keçirilib
08.05.2018 [17:25]
Mayın 7-də Bakıda Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin “Təhsildə gender bərabərliyinin gücləndirilməsi” mövzusunda plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə təşkil olunan iclasda İrlandiya, Rumıniya, Polşa, Bosniya və Herseqovina, Monteneqro, Böyük Britaniya, Tacikistan, Gürcüstan, Qırğızıstan, Kipr, Belarus, Ukrayna, Qazaxıstan, Albaniya və Bolqarıstandan təhsil sahəsi üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarından 40-a yaxın nümayəndə iştirak edib.
Təhsil naziri Ceyhun Bayramov çıxışında bildirib ki, gender bərabərliyinin mühüm istiqamətlərindən biri məhz təhsillə bağlıdır. Eyni zamanda, qadın və kişilərin bərabər təhsil almaları ölkədə hüquq bərabərliyinin fundamental əsaslarından biridir.
Nazir qeyd edib ki, XIX əsrin ikinci yarısında Azərbaycanda Avropa standartlarına uyğun qadınlara məxsus təhsil müəssisələri fəaliyyətə başlayıb. 1901-ci ildə Bakıda Hacı Zeynalabdin Tağıyevin şəxsi vəsaiti hesabına Qızlar Gimnaziyası açılıb. Sonralar qadınların dünyəvi təhsil imkanları genişlənib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də qadınların təhsil almalarına geniş imkanlar yaradılıb.
Ceyhun Bayramov vurğulayıb ki, ölkəmizdə gender bərabərliyinin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti danılmazdır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, mədəniyyətimizin və folklorumuzun beynəlxalq miqyasda təbliğində Mehriban Əliyevanın gördüyü işlər hər zaman rəğbətlə qarşılanır. Sağlamlıq imkanları məhdud olan uşaqların təhsil almalarında Heydər Əliyev Fondu müstəsna işlər görüb. Fond, eyni zamanda, Pakistan, Uqanda və Keniya kimi ölkələrdə qızların təhsil almaları üçün dəstək göstərib. Nazir vurğulayıb ki, ölkə Prezidenti tərəfindən inklüziv təhsilin inkişafı üçün 2018-2024-cü illəri əhatə edən Dövlət Proqramı təsdiq edilib və hazırda həyata keçirilməkdədir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxışında qeyd edib ki, Azərbaycan qadını sivilizasiyalar arasında mədəni dialoqun qurulmasında, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasında, ölkələr arasında elmi-humanitar və mədəni əməkdaşlığın dərinləşməsində, xalqımızın haqq səsinin beynəlxalq tribunalardan səsləndirilməsində böyük işlər görüb.
Diqqətə çatdırılıb ki, Azərbaycanın torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, bir milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır. İşğal nəticəsində 242 məktəbəqədər tərbiyə müəssisəsi, 616 ümumtəhsil məktəbi və 4 kollec dağıdılaraq məhv edilib, Azərbaycanın təhsil sisteminə 1,5 milyard dollardan çox ziyan dəyib. Qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalan bu insanların 20 min nəfərdən çoxunu müəllimlər, onların da əksəriyyətini qadınlar, 100 min nəfərdən çoxunu isə şagirdlər təşkil edir. Dünya birliyi bu ədalətsizliyə hələ də dözür. Problemin həll olunmamasının başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və vasitəçilərin bu məsələyə biganə münasibətidir. Bu bizi narahat edən əsas problemdir.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edib. O bildirib ki, Azərbaycanda qadınların inkişafı gender bərabərliyi çərçivəsində sistemli şəkildə həyata keçirilib. Ölkəmizdə dövlət quruculuğu sahəsində qadınlar daim kişilərlə birlikdə siyasi qərarlar veriblər. Bu il xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin və qadınlara seçib-seçilmək hüququnun verilməsinin 100 illiyini qeyd edir. Azərbaycan müsəlman Şərqində bu sahədə ilk islahatlar həyata keçirən dövlətdir.
Komitə sədri deyib ki, Azərbaycanda qadınların dövlət siyasətində fəal iştirakı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam və inkişaf etdirilir.
Daha sonra Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezidenti Kristine Blover və Komitənin direktoru Susan Floken çıxış ediblər.
Tədbir işini panel iclaslarla davam etdirib.
Xəbər lenti
Hamısına baxGündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Dünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55

