“Nar”dan autizmli uşaqlara dəstək aksiyası
21.04.2018 [09:54]
“Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində daha bir sosial aksiyaya imza atdı. Autizmdən əziyyət çəkən uşaqlara dəstək olmağa qərar verən mobil operator bu çərçivədə “Nur” korreksiyaedici mərkəzi ilə əməkdaşlığa başladı. Belə ki, 23-27 aprel 2018-ci il tarixləri arasında qardaş Türkiyə Cümhuriyyətinin Alanya şəhərində keçiriləcək ANCA Dünya Autizm Festivalında “Nur” korreksiyaedici mərkəzində müalicə alan 3 autizmli uşaq və 4 pedaqoqun iştirakı mobil operator tərəfindən təmin edildi.
ANCA Dünya Autizm Festivalı ilk dəfə 1995-ci ildə Kanadada keçirilib. Festival hər il müxtəlif ölkələrdə təşkil edilir. Bu il festivalda 35 ölkənin iştirakı gözlənilir. Azərbaycanı bu festivalda məhz “Nur” korreksiyaedici mərkəzi təmsil edəcəkdir. “Nur” korreksiyaedici mərkəzində defektoloq, loqoped, psixoloq, müalicəvi idman, yaşam və gimnastika müəllimi, xüsusi pedaqoqlar xidmət göstərirlər. Mərkəzdəki mütəxəsislər Daun sindromu, autizm, əqli inkişafın ləngiməsi, hiperaktivlik, eləcə də digər psixoloji və müxtəlif nitq problemlərinin reabilitasiyası ilə məşğul olurlar.
Festivalda Azərbaycanı təmsil edəcək kollektivin səfər xərclərini öz üzərinə götürən “Nar” uşaqların çıxışlarında istifadə edəcəkləri xüsusi paltarlar və milli geyimlər, idman dəstləri, milli rəqs üçün xüsusi müəllimin dəvəti, müxtəlif dillərdə hazırlanmış broşürlər və milli hədiyyələrin təşkili, eləcə də digər logistik xərclərin qarşılanmasını təmin etdi.
“Nar” KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim etmişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18

