Jalə Əliyeva: 11 aprel tarixi Azərbaycan xalqının və dövlətinin zəfər günü olacaq
07.04.2018 [09:58]
“Azərbaycanda keçiriləcək prezident seçkiləri ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisədir. Mən seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində martın 19-dan etibarən seçicilərlə, o cümlədən təmsil etdiyim Zərdab rayonunun seçiciləri ilə görüşlərdə iştirak edirəm. Bu görüşlərdən qənaətimiz, fikrimiz budur ki, Azərbaycan vətəndaşları artıq öz seçimlərini ediblər”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.
J.Əliyeva bildirib ki, insanlar təbliğat görüşlərində yüksək əhval-ruhiyyə ilə iştirak edirlər. Onun sözlərinə görə, ölkə vətəndaşlarında Prezidentimiz İlham Əliyevə böyük inam və sevgi var: “Görüşlərə gedərkən, obrazlı desək, sevgi dənizi ilə qarşılaşırıq, “İlhamla irəli!” sədaları ilə qarşılaşırıq. İnsanlar bildirirlər ki, Prezident İlham Əliyevin təbliğatı üçün belə tədbirlərə ehtiyac yoxdur. Çünki cənab Prezidentin son 15 il ərzində həyata keçirdiyi möhtəşəm işlər, qazanılan uğurlar Onun təbliğatıdır. Bütün vətəndaşlar bu möhtəşəm fəaliyyətin canlı şahidləridir. Görüşlər zamanı seçicilər birmənalı olaraq vurğulayırlar ki, cənab İlham Əliyev bizim alternativsiz liderimizdir və qarşıdakı 7 ildə də cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanımız irəliləyəcək. Bu fikri bütün təbəqələrin nümayəndələri - gənclər, yaşlılar, ziyalılar, sadə insanlar söyləyirlər. Hər kəs tribunaya çıxıb bu ürək sözlərini demək istəyir”.
Millət vəkili qeyd edib ki, cənab İlham Əliyev 15 il əvvəl andiçmə mərasimində bəyan etdi ki, “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” və ötən müddət ərzində O, Öz fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu nümayiş etdirdi: “Andiçmə mərasimində cənab İlham Əliyev Azərbaycanın zəngin dövlətə çevriləcəyini, regionda dövlətimizin razılığı olmadan heç bir layihələrin reallaşdırılmayacağını, heç bir bölgəmizdə çadır şəhərciyinin qalmayacağını, Azərbaycanın simasının əhəmiyyətli dərəcədə dəyişəcəyini, heç bir kəndin, qəsəbənin yolsuz qalmayacağını, bütün bölgələrimizin abadlaşacağını bəyan etmişdi. Və bütün bunların hamısı reallığa çevrildi. Əlbəttə ki, bu sadalananlar dövlət başçısının gördüyü işlərin kiçik bir hissəsidir və cənab İlham Əliyevin siyasətinin uğurlarını sadalamaq üçün saatlarla, günlərlə vaxt lazımdır”.
J.Əliyeva söyləyib ki, cənab İlham Əliyev ölkəmizin, xalqımızın inkişaf və tərəqqisi üçün misilsiz fəaliyyət göstərib və bu fəaliyyət nəticəsində O, xalqımızın sonsuz sevgisini, inamını qazanıb. “Ona görə də əminliklə deyə bilərik ki, 11 aprel tarixi Azərbaycan xalqının və dövlətinin zəfər günü olacaq”, - deyə millət vəkili vurğulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10

