/ / Dilarə Seyidzadə: Azərbaycanda qadınlara 100 il əvvəl seçki hüququnun verilməsi mühüm tarixi hadisədir
Dilarə Seyidzadə: Azərbaycanda qadınlara 100 il əvvəl seçki hüququnun verilməsi mühüm tarixi hadisədir
02.03.2018 [09:58]
Gəncədə keçirilən “Azərbaycan qadınının seçki hüququ: tarix və müasir qadın hərəkatı” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edən Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi-Prezidentin köməkçisi Dilarə Seyidzadə jurnalistlərə müsahibə verib.
Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini tarixi qərar adlandıran Dilarə Seyidzadə bu əlamətdar yubileylə bağlı ilk tədbirin Gəncə şəhərində keçirilməsinin təsadüfi olmadığını bildirib. O qeyd edib ki, Tiflisdə Zaqafqaziya Seymi dağıldıqdan sonra burada təmsil olunan millətlərin nümayəndələri ölkələrinə qayıdaraq müstəqil dövlətlər yaratmağın vaxtı çatdığını anlayırlar. Həmin dövrdə Azərbaycanı təmsil edən nümayəndə heyəti Gəncəyə gəlməyə məcbur olur. Çünki Bakı bolşevik-daşnak qüvvələrinin əlində idi. Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Fətəli xan Xoyski məhz mövcud siyasi vəziyyəti nəzərə alaraq, öz məsləkdaşlarına onun Gəncədəki ata mülkündə fəaliyyət göstərməyi təklif edir.
İyirminci əsrin əvvəllərində Azərbaycanda böyük milli oyanış baş verdiyini diqqətə çatdıran Prezidentin köməkçisi o dövrdə yaranmış ictimai-siyasi vəziyyətdən danışıb. “Həmin illərdə çar Rusiyasının digər milli ucqarları kimi, Azərbaycanda da siyasi partiyalar və qurumlar yaratmaq üçün şərait yetişmişdi. Çarın manifestləri, fərmanları imkan verirdi ki, ucqarlarda yaşayan xalqlar öz tələblərini irəli sürsünlər. 1905-ci il martın 5-də böyük sahibkar və milyonçu, həmçinin xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin sarayında keçirilən yığıncaqda çarın ali orqanlarına petisiya formasında ali bir sənəd tərtib olunması qərara alınır. Həmin sənədi böyük ictimai-siyasi xadim, hüquqşünas və diplomat Əlimərdan bəy Topçubaşov tərtib edir. Bu petisiyanı çara təqdim etmək üçün Azərbaycanın görkəmli şəxsiyyətləri Peterburqa gedirlər. Məhz həmin petisiyada Azərbaycan xalqının adından bütün tələblər öz əksini tapmışdı”, - deyə Dilarə Seyidzadə vurğulayıb.
Həmin dövrdə siyasi partiyaların yaranması prosesindən də söhbət açan Prezidentin köməkçisi bildirib ki, o vaxt Azərbaycanda Difai, Müdafiə, Müsavat partiyaları yaranır. Azərbaycanlıların görkəmli nümayəndələri Rusiya Dövlət Dumasına seçilir və orada parlament təcrübəsi qazanırlar. Siyasi şərait yarananda isə 1918-ci il mayın 28-də Gəncəyə gəlib, bütün arzularını bu şəhərdə həyata keçirməyə başlayırlar. Ümumilikdə, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, Azərbaycan xalqına bütün zəruri hüquqlar verilir. Ana dili dövlət idarələrində, məktəblərdə və bütün yerlərdə əsas dövlət dili olur və xalq təsərrüfatının bütün sahələri üçün kadr hazırlığına başlanılır.
Müsəlman Şərqində qadınlara seçki hüququ ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 100 il əvvəl verilib. Bunun mühüm tarixi hadisə olduğunu qeyd edən Dilarə Seyidzadə xatırladıb ki, hələ 1907-ci ildə Dövlət Dumasında iştirak edən azərbaycanlı nümayəndələr qadınlara seçki hüququnun verilməsi ilə bağlı məsələ qaldırmışdılar. Təsadüfü deyildir ki, Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin ilk addımlarından biri də qadınlara seçki hüququnun verilməsi olub.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

