Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir
03.02.2018 [01:03]
XX əsrin ikinci onilliyi Azərbaycan tarixində dərin izlər buraxdı. 1918-ci ilin birinci yarısında baş vermiş tarixi hadisələrdən biri faciə, insanlıq əleyhinə cinayət, soyqırımı idisə, digəri qürur, iftixar tariximiz idi. Belə ki, 1918-ci ildə Azərbaycan xalqı həm mart soyqırımına məruz qalıb, həm də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini yaradıb.
Beləliklə, 1918-ci il mayın 28-də bütün Şərq dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın tarixində şanlı, qürur doğuran səhifələrdən biridir. Çox təəssüf ki, az vaxtdan sonra - 1920-ci ilin aprelində bu respublika süqut etdi.
XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycan keçmiş SSRİ-nin dağılması nəticəsində yaranmış tarixi şansdan bəhrələnərək yenidən öz müstəqilliyinə qovuşdu. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə gələn Ümummilli lider Heydər Əliyev bəyan etdi ki, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Ulu öndər cümhuriyyət ideyalarının yaşamasına və təbliğinə böyük önəm verirdi. Təsadüfi deyil ki, respublikamızda hər il Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi təntənə ilə qeyd olunur.
Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının birinci qurultayında söylədiyi nitqində xalqımızın müstəqil dövlət qurmasından qürur hissini ifadə edərək vurğulayıb: “Bütün çətinliklər keçib gedəcəkdir, Azərbaycan bir müstəqil dövlət kimi möhkəmlənəcək, dünya birliyində hüquqi dövlət kimi həmişə yaşayacaqdır”.
Ümummilli lider Heydər Əliyevin illər öncə uzaqgörənliklə söylədiyi bu fikir real həyatda öz təsdiqini tapıb. Ulu öndərin qurduğu müstəqil dövlət indi Onun davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada tanınan və inkişaf edən ölkələr sırasında layiqli yer tutur. Uğurlu siyasət sayəsində ölkəmizin iqtisadi potensialı, beynəlxalq nüfuzu getdikcə artır. Bu gün müstəqil Azərbaycan bütün dünyada milli mənafeyə əsaslanan qətiyyətli siyasət həyata keçirən ləyaqətli ölkə kimi tanınır.
Məlum olduğu kimi, Prezident İlham Əliyev Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd edilməsi ilə bağlı müvafiq Sərəncam imzalayıb. Həmçinin Prezident İlham Əliyevin imzaladığı digər bir Sərəncama əsasən 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində respublikamızda genişmiqyaslı tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bayrağımızın, himnimizin, gerbimizin yarandığı, müstəqilliyimizin elan olunduğu tarixi sevinclə və qürur hissi ilə qeyd edəcəyik. Dövlət başçısının bu qərarı xalqımızın keçmişinə, tarixinə, milli dəyərlərimizə dərin hörmətdən qaynaqlanır və dövlətçiliyimizin möhkəmlənməsinə, cəmiyyətdə həmrəyliyin, azərbaycançılıq məfkurəsinin güclənməsinə xidmət edir. Belə müsbət nümunələr gənclərə xalqımızın şərəfli keçmişinə görə qürur hissi aşılayır, onlarda Vətənə bağlılığı daha da artırır.
Azərbaycan xalqı öz Vətəninə, dövlətinə bağlı olan bir xalqdır. Ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət xalqın mənafeyinə xidmət etdiyi kimi, xalq da bu siyasətə güclü dəstək nümayiş etdirir. Respublikamızdakı sabitlik, iqtidar-xalq həmrəyliyi bunun bariz ifadəsidir. Respublikamızın bugünkü müsbət reallıqları Azərbaycanın müstəqilliyinin əbədi və möhkəm olacağını deməyə əsas verir. Şübhə yoxdur ki, Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edən xalqımız, müstəqil Azərbaycan öz ənənələrini yaşadaraq gələcəyə doğru daha inamlı addımlar atacaq.
Aygün Osmanova,
Yeni Azərbaycan
Partiyasının üzvü
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25

