“Neftqazelmitədqiqatlayihə” İnstitutunun kollektivi 20 Yanvar faciəsinin qurbanlarını anıb
18.01.2018 [10:07]
SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı “Neftqazelmitədqiqatlayihə” İnstitutu ərazi ilk partiya təşkilatının sədri, institutun şöbə rəisi Xıdır İbrahimov bildirib ki, Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O mudhiş gecədə Azərbaycan xalqı sınağa cəkildi. Oğul və qızlarımız müstəqillik, azadlıq uğrunda şəhidlik zirvəsinə ucaldılar.
Sonra Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov 20 Yanvar faciəsinin şahidi kimi o günlərdə baş verən prosesləri diqqətə çatdırıb. Sovet hakimiyyətinin Azərbaycan haqqında qaranlıq düşüncələrini bölüşən T.Əhmədov faciənin yaranma səbəbləri və Qanlı Yanvarda törədilən dəhşətlər haqqında ətraflı məlumat verib. 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik tarixində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan YAP Yasamal rayon təşkilatının sədri Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildiyini diqqətə çatdırıb.
Daha sonra YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qan yaddaşımız olan 20 Yanvar faciəsinin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirilən məkrli siyasətin əsas tərkib hissələrindən biri olduğunu bildirib. İllər ötdükcə baş verən hadisənin mahiyyətinin daha aydın şəkildə nəzərə çarpdığını söyləyən V.Rəhimzadə bildirib ki, hadisələrin səhəri günü ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakıya hərbi müdaxiləni respublikanın suverenliyinə qarşı terror kimi qiymətləndirən Ümummilli lider Heydər Əliyev belə ağır məqamda xalqla birlikdə olduğunu bəyan edib, qanlı faciəni pisləyib, günahsız adamların axıdılan qanlarını insanlığa qarşı törədilmiş xəyanət adlandırıb.
V.Rəhimzadə vurğulayıb ki, 20 Yanvar şəhidləri Vətənin azadlığı, suverenliyi uğrunda göstərdikləri şücaətlə bugünkü gənclərimizə örnəkdirlər və xalqımız əmindir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində torpaqlarımız erməni silahlılarının işğalından azad ediləcək, şəhidlərimizin uğrunda qurban getdikləri Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq.
Tədbirdə həmçinin institutun əməkdaşları Əbdülağa Qurbanov və Elnur Hacıyev çıxış ediblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25

