Xaçmazlı bədii döymə ustası: “ABAD”la əməkdaşlıq sənətimə ikinci nəfəs verdi
16.01.2018 [10:07]
Xaçmazlı sənətkar Zeydulla Ağayev “ABAD” ailəsinə qoşulmaqla satış bazarını genişləndirmək və bu sənəti dünyaya tanıtmaq istəyir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bədii döymə sənəti ilə məşğul olan Zeydulla Ağayevin əl işləri artıq Bakıda İçərişəhərdə fəaliyyət göstərən “ABAD” sənətkarlıq mərkəzində satışa çıxarılıb.
O, 40 ildən çoxdur ki, sənətkarlığın bu növü ilə məşğuldur. Rayonun Mürşüdoba kəndində yaşayan Zeydulla Ağayevin uşaq yaşlarından rəsm çəkməyə böyük həvəsi olub. Buna görə də tətbiqi xalq sənətkarlığının bir çox sahələrini asanlıqla mənimsəyib.
On yeddi yaşından bu işə başlayan sənətkarın ilk əl işi 1973-cü ildə hazırladığı “Sülh” adlı əsərdir. İndi o, əlvan metallar üzərində istənilən obrazı asanlıqla yarada bilir. Hazırda sənətkar il ərzində 10-12 bədii döymə nümunəsi yaradır. Bir sənət əsəri ölçü və mövzusundan asılı olaraq 2-3 gündən 1-2 aya qədər ərsəyə gəlir.
Zeydulla Ağayev bildirir ki, əsərləri “ABAD” sənətkarlıq mərkəzində satışa çıxarılandan sonra müştərilərinin sayı xeyli artıb. “40 il ərzində yığılıb qalan əl işlərim indi satılır. Alıcılar arasında çox sayda xarici ölkə vətəndaşları da var. “ABAD”la əməkdaşlıq mənim sənətimə ikinci nəfəs verdi”, - deyə sənətkar bildirib.
“ABAD” publik hüquqi şəxsin dəstək göstərdiyi sənətkar bədii döymə sənətini gələcək nəsillərə ötürmək istəyir. Oğlu Elnur Ağayev də artıq bədii döymə sənətinin sirlərini mənimsəyib.
Zeydulla Ağayev hazırladığı dekorativ əşyaları sifariş əsasında satır. İxtisasca dil-ədəbiyyat müəllimi olduğu üçün əsərlərinin sırasında görkəmli ədiblərimizin portretləri üstünlük təşkil edir. Bununla yanaşı, milli atributlar və simvollar da onun müraciət etdiyi mövzulardır.
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23

