/ / Azərbaycan Memarlıq və İnşaat Universitetində Böyük Britaniyanın “Prezident medalı” sərgisi açılıb
Azərbaycan Memarlıq və İnşaat Universitetində Böyük Britaniyanın “Prezident medalı” sərgisi açılıb
16.12.2017 [00:58]
Dekabrın 15-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Britaniya Memarları Kral İnstitutunun (Royal Institute of British Architects-RIBA) təşkilatçılığı ilə “Prezident medalı” (“President medal exhibition of RIBA”) sərgisinin açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə Britaniya Memarları Kral İnstitutunun tədris üzrə direktoru Devid Gloster, Böyük Britaniyanın Reading Universitetinin memarlıq fakültəsinin dekanı Lorrein Farelli, “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt, Böyük Britaniyanın ölkəmizdəki diplomatik səfirliyinin müavini, eləcə də ölkəmizin nüfuzlu memarları və şirkət nümayəndələri iştirak ediblər.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova universitetdə təşkil edilən sərginin əhəmiyyətini vurğulayıb. Sərginin Azərbaycanda ilk dəfə keçirildiyi diqqətə çatdırılıb. Rektor bildirib ki, AzMİU Britaniya Memarları Kral İnstitutu ilə çoxdan əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsi olaraq Britaniya Memarları Kral İnstitutunun nümayəndələri universitetdə olur, memarlıq fakültəsinin tələbələrinin əl işlərinə baxır, onlara tövsiyələr verirlər.
Devid Gloster çıxışında qeyd edib ki, “Prezident medalı” sərgisi 1836-cı ildən keçirilir. “RIBA” beynəlxalq mükafatının ən yaxşı memarlıq işlərinə verildiyini deyən D.Gloster bu günədək 35 ölkədə 300-ə yaxın işə baxdıqlarını deyib. Bildirilib ki, bu memarlıq işlərinin ən yaxşıları bürünc və gümüş medallarla mükafatlandırılıb. Çıxışının sonunda qonaq AzMİU-nun rektoruna hesabat kitabını və sərgiyə həsr olunmuş jurnalı təqdim edib.
Digər çıxış edənlər memarlıq fakültəsində təhsil alan tələbələr üçün belə beynəlxalq əhəmiyyətli sərgilərin keçirilməsini yüksək qiymətləndiriblər.
Çıxışlardan sonra tədbir iştirakçıları sərgiyə baxıblar.
Qeyd edək ki, RIBA Böyük Britaniyanın peşəkar memarlarının ittifaqıdır. 182 illik tarixi olan qurum arxitektura sahəsində dünyanın ən nüfuzlu təşkilatı sayılır. RIBA 1966-cı ildən etibarən regional və milli mükafatlar təqdim edir. Onların sırasında “Stirlinq mükafatı”, “Kral Qızıl Medalı”, “İlin evi” və s. var. 2016-cı ildən isə “RIBA” beynəlxalq mükafatı təsis olunub.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

