/ / Yasamal Yaşayış Kompleksinin ərazisində ticarət mərkəzinin tikintisi üzrə investisiya müsabiqəsinin qalibi müəyyən olunub
Yasamal Yaşayış Kompleksinin ərazisində ticarət mərkəzinin tikintisi üzrə investisiya müsabiqəsinin qalibi müəyyən olunub
15.12.2017 [10:00]
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilən tədbirlər planına uyğun olaraq növbəti dövlət-özəl tərəfdaşlığı layihəsinə start verir. Agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC tərəfindən keçirilmiş investisiya müsabiqəsi nəticəsində Yasamal Yaşayış Kompleksi ərazisində ticarət mərkəzinin tikintisi üçün investisiya qoyuluşunu reallaşdıracaq investor müəyyən olunub.
MİDA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin qalibi olan “PMD Group” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ticarət mərkəzinin layihələndirilməsi, tikintisi və idarə olunmasının təşkili üçün təqribən 7 milyon manat həcmində investisiya qoyuluşu həyata keçiriləcək.
Qeyd olunub ki, Yol Xəritəsinə uyğun olaraq, agentlik, layihələrin icrası zamanı dövlət vəsaitindən səmərəli istifadə etmək hədəfini rəhbər tutaraq, özəl investisiyaları cəlb etmək və bu sahədə ixtisaslaşmış tikinti-investisiya şirkətlərinin təcrübəsindən yararlanmaq məqsədilə inşaat sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə sıx əməkdaşlıq edir.
“MİDA” MMC ilə iş birliyi quracaq “PMD Group” MMC daşınmaz əmlaka investisiya qoyuluşu və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir və Azərbaycanda gedən inkişaf proseslərinə öz töhfəsini verir.
İnvestor tərəfindən təqdim olunmuş ilkin konseptual təklifə əsasən, Yasamal Yaşayış Kompleksinin sakinlərinin rahatlığını və gündəlik alış-veriş tələblərini təmin etmək məqsədilə müasir standartlara uyğun inşa olunacaq ticarət mərkəzinin ümumi sahəsi təqribən 7000 kvadratmetr təşkil edəcək. Ticarət mərkəzi ərazisində “Bravo” supermarketinin, avtodayanacaqların, müxtəlif gündəlik tələbat malları mağazalarının, həmçinin kafe və restoranların, uşaqlar üçün əyləncə zonalarının və digər ictimai iaşə obyektlərinin fəaliyyət göstərməsi nəzərdə tutulur.
Təqdim olunmuş investisiya təklifinə əsasən ticarət mərkəzinin 2019-cu ilin dördüncü rübündə istifadəyə verilməsi planlaşdırılır.
“PMD Group” MMC agentliyin Yasamal Yaşayış Kompleksi adlı ilk layihəsinə MİDA tərəfindən cəlb olunmuş artıq 3-cü özəl investordur. Xatırladaq ki, yaşayış kompleksinin ərazisində bina tikintisi və müvafiq telekommunikasiya infrastrukturunun yaradılması üçün MİDA tərəfindən daha öncə cəlb olunmuş ilk 2 investor tərəfindən ümumilikdə 11 milyon manat yatırım edilməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

