“Zəhmət-Ruzi” MMC halallıq və yüksək keyfiyyət prinsipi əsasında uğurla fəaliyyət göstərir
29.11.2017 [10:27]
Müəssisədə 60 çeşiddə ət və 40 çeşiddə süd məhsulları istehsal edilir və “SAB” - “Made in Azerbaijan” brendi altında bazara çıxarılır
Azərbaycanda həyata keçirilən davamlı islahatlar sayəsində bütün sahələrin paralel tərəqqisi təmin edilib. Eyni zamanda, neft gəlirlərinin səmərəli idarə edilməsi, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sahələrinin tərəqqisi, özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət dəstəyi kimi fundamental tədbirlər dayanıqlı iqtisadi inkişafın təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Digər tərəfdən, istehsalın genişləndirilməsi, daxili tələbatın tam ödənilməsi və ixrac potensialının artırılması Azərbaycanın strateji hədəflərindəndir. Rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər iqtisadi siyasət çərçivəsində həyata keçirilən tədbirlərin səmərəliliyini təmin edib. Buna paralel olaraq yeni iqtisadi şəraitdə Azərbaycanda iqtisadi aktivliyin artırılması, o cümlədən qeyri-neft sektorunda istehsalın genişləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin müvafiq Fərman və sərəncamları əsasında həyata keçirilən geniş məzmunlu islahatlar, ölkədə biznes mühitinin optimallaşdırılması, sahibkarlığın və özəl sektorun inkişafına əlverişli şəraitin yaradılması da bu kontekstdə xüsusi vurğulanmalıdır. Ən əsası, dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir. “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti də məhz belə bir əlverişli mühitin bəhrəsidir.
Vurğulamaq yerinə düşər ki, noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunda “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış olub. “Zəhmət-Ruzi” MMC-nin dəyəri 42 milyon manat olan logistika mərkəzi, ət kəsimi, ət və süd emalı fabrikindən ibarət aqrar-sənaye kompleksi fəaliyyət göstərir. Müəssisədə istehsal edilən və “SAB” -”Made in Azerbaijan” brendi altında bazara çıxarılan 60 çeşiddə ət və 40 çeşiddə süd məhsullarının nümunələrinə rast gəlmək olur. “Zəhmət-Ruzi” MMC-nin ət və süd məhsulları AZS - keyfiyyət idarəetmə standartlarının sertifikatına və keyfiyyətə nəzarət sisteminin ISO 9001:2000 sertifikatına layiq görülən “SAB” brendi altında bazara çıxarılır. İstehsalın əksər hissəsi avtomatlaşdırılıb, ən müasir texnologiyalardan istifadə olunur.
Müəssisədə ət məhsullarının istehsalı prosesi müasir avadanlıqlar və texnologiyalar vasitəsilə həyata keçirilir. 7 min tonluq logistika mərkəzi ən müasir avadanlıqla təchiz edilib. Burada illik kəsim gücü 1,8 min ton olan fabrik də fəaliyyət göstərəcək. Bundan başqa, saatda 2500 quş kəsimi gücünə malik olan fabrik üçün də avadanlıq gətirilib və ilin sonunadək quraşdırılması nəzərdə tutulub. İllik istehsal gücü 10 min tona çatan ət emalı sahəsində 60 çeşiddə məhsul istehsal edilir. Ət məhsullarının saxlanma şəraiti ən müasir standartlara uyğundur.
İllik istehsal gücü 7 min ton olan süd emalı sahəsində isə 40 çeşiddə süd məhsulları, o cümlədən pasterizə edilmiş süd, pendir, xama, kəsmik, qatıq, dovğa, ayran və digər məhsullar hazırlanır. Tezliklə bu aqrar-sənaye kompleksində dondurma da istehsal olunacaq. Kompleksin xammala olan tələbatı Abşeron və digər rayonlarda fəaliyyət göstərən fermerlərin təsərrüfatlarında tədarük edilmiş məhsul hesabına təmin ediləcək. “Zəhmət-Ruzi” MMC-nin həyata keçirdiyi layihələr hesabına 150 yeni iş yeri yaradılıb. Burada istehsal edilən məhsulların Rusiyaya, Qazaxıstana və Asiya ölkələrinə ixracı ilə bağlı müvafiq tədbirlər görülür.
Dünən bir qrup media təmsilçisi Abşeron rayonu ərazisində fəaliyyət göstərən müəssisənin bütün istehsalat sahələri ilə tanış olub. İstehsalat prosesi və müəssisənin iş prinsipi ilə bağlı məlumat verən “Zəhmət-Ruzi” MMC-nin təsisçisinin nümayəndəsi Əliheydər Fərəcullayev qeyd etdi ki, şirkət üç əsas istiqamətdə fəaliyyət göstərir: “Onlardan birincisi soyuducu anbar təsərrüfatıdır. Müəssisədə təxminən 7-8 min tonluq soyuducu anbarlar var. Azərbaycana daxil olan donmuş ərzaq-qida məhsullarının bir qismi bu anbarlarda saxlanılır. İkinci böyük sahə ət emalı sahəsidir. Gündəlik istehsal gücü 30 tona qədər olan istehsal sahəmiz var. Hazırda gündəlik istehsal təxminən 7-8 ton civarındadır. Yaxın vaxtlarda Rusiyaya və körfəz ölkələrinə ixrac ilə bağlı müqavilələrin imzalanması nəzərdə tutulub. Üçüncü sahə isə süd emalını əhatə edir. Burada da gündəlik istehsal gücü 30 ton həcmindədir, amma hazırda təxminən gündəlik 7-8 ton süd emal edilir”.
Ə.Fərəcullayev əlavə etdi ki, “Zəhmət-Ruzi” MMC-nin “SAB” nişanlı kolbasa və süd məhsullarının istehsalı Azərbaycan istehlakçılarının Qida Təhlükəsizliyi Nişanı (AİQTN) proqramının tələblərinə uyğun olduğuna görə müəssisə PLATİN səviyyəli Qida Təhlükəsizliyi Nişanına layiq görülüb: “Bu, məhz məhsulların təbii, keyfiyyətli və insan sağlamlığına uyğun olduğunu, müvafiq normalara cavab verdiyini göstərir. Süd emalı sahəsində yalnız təbii süddən istifadə edirik. Ayrıca soya maddələri və digər qatqılardan istifadə olunmur. Qidalar təbii ət və toyuq məhsullarından hazırlanır”.
“Zəhmət-Ruzi” MMC-nin təsisçisinin nümayəndəsi şirkətin “SAB” nişanlı məhsullarının “Moscow Halal Expo-2014”, “Moscow Halal Expo-2015” və “Moscow Halal Expo-2016”nın qalibi olduğunu, 2015-ci ildə Qazaxıstanda bu uğuru təkrarladığını və tədbirin əsas mükafatı olan “Grand Prix”ə layiq görüldüyünü də diqqətə çatdırdı.
Beləliklə, ekoloji cəhətdən təmiz, yüksəkkeyfiyyətli “SAB” ət və süd məhsulları beynəlxalq standartlara cavab verir. Faydalı maddələr və minerallarla zəngin olan bu məhsullar sağlam qidalanma üçün düzgün seçim olmaqla yanaşı, həm də halallıq prinsipi əsasında hazırlanması ilə fərqlənir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

