Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qida Təhlükəsizliyi Komissiyasının fəaliyyəti nəticəsində daxili bazar keyfiyyətli ərzaqla təmin olunacaq

Qida Təhlükəsizliyi Komissiyasının fəaliyyəti nəticəsində daxili bazar keyfiyyətli ərzaqla təmin olunacaq

15.11.2017 [10:15]

Qida Təhlükəsizliyi Komissiyası tərəfindən həyata keçiriləcək tədbirlər nəticəsində daxili bazar keyfiyyətli ərzaqla təmin olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov jurnalistlərə müsahibəsində deyib.
Prezident İlham Əliyevin 2017-ci il 13 noyabr tarixli Fərmanına əsasən, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib. Qida Təhlükəsizliyi Agentliyinin 2018-ci il yanvarın 1-dən etibarən fəaliyyətə başlaması nəzərdə tutulub. Agentliyin fəaliyyətini təmin etmək məqsədilə Qida Təhlükəsizliyi Komissiyası yaradılıb. Həyata keçirilən bu tədbirlər ölkədə qida məhsullarının təhlükəsizliyinə xidmət edəcək və keyfiyyətin yüksəldilməsinə, bu istiqamətdə sistemli tədbirlərin həyata keçirilməsinə dəstək verəcək. Əlbəttə, ixracın da əsas tələblərindən biri odur ki, ixrac olunan məhsullar keyfiyyətli olsun, eyni zamanda, logistika məsələlərində beynəlxalq standartlar tətbiq olunsun və bu məsələlərin məhz Qida Təhlükəsizliyi Komissiyası tərəfindən həyata keçirilməsi bu istiqamətdə növbəti inkişaf mərhələsinə keçidi təmin edəcək.

Paylaş:
Baxılıb: 573 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30