Media orqanları ictimai maraqları üstün tutmalıdır
11.11.2017 [01:49]
Reytinq arxasınca qaçan və zərərli, neqativ informasiyaları ictimai maraqları nəzərə almadan dövriyyəyə buraxan media orqanları cəmiyyət qarşısında məsuliyyət daşıdıqlarını unutmamalıdır
XXI yüzillik informasiya əsri kimi səciyyələndirilir. İnkişaf etmiş cəmiyyətlərdə informasiya başlıca idarəetmə vasitəsi kimi təsbit edildiyindən informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirilir. Bu isə mütəmadi surətdə informasiya resurslarının artırılmasını və təkmilləşdirilməsini şərtləndirən amil kimi çıxış edir. Xüsusi mübadilə və idarəetmə vasitəsi səciyyəsi daşıyan informasiya resurslarından səmərəli surətdə istifadə edilməsi üçün daim yeni mexanizmlər və texnologiyalara istinad edilir. Təbii ki, bütün bunlar yeni sosium növü olan informasiya cəmiyyətinin təşəkkülünü şərtləndirir. Ümumilikdə, klassik mənada informasiya cəmiyyəti dedikdə elə bir sosium növü nəzərdə tutulur ki, burada əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə, onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olur.
Beləliklə, informasiya və kommunikasiya texnologiyalarından istifadə kütləvi hal alır. Əlbəttə, bütün bunlar öz növbəsində müsbət və mütərəqqi yenilikləri şərtləndirməklə yanaşı, bir sıra neqativ halların ortaya çıxmasına və ya artmasına da səbəb olur. Bu kontekstdə mediada ictimai şüura neqativ təsir edən informasiyaların yayılmasını xüsusi qeyd etmək lazımdır. Bu sırada kriminal xəbərlərlə bağlı materialların dövriyyəyə buraxılması - kriminal hadisələrin işıqlandırılması məsələsi xüsusi yer tutur. Şübhəsiz ki, müzakirələr zamanı burada bir tərəfdən ictimai maraqların prioritet olması, ikinci tərəfdən isə media nümayəndələrinin peşəkarlığı məsələsi ön plana çıxır.
Əsas etibarilə, bəzi media orqanlarının kriminal xəbərlərin işıqlandırılması üzərində diqqəti cəmləşdirməsi sosial-psixoloji fəsadlara yol açır, başqa sözlə, insanlar lüzumsuz və zərərli informasiya ilə yüklənirlər. Bu isə nəticədə qəhrəman kimi təqdim olunan cinayətkarların ayrı-ayrı fərdlərin, xüsusilə də gənclərin nəzərində “müsbət nümunə” olaraq təşəkkül tapmasına yol aça bilir. Belə informasiyalarla yüklənən və yanlış düşüncə təlqininə məruz qalan bu cür fərdlərin cəmiyyətə yararlı və ictimai maraqlar əsasında çıxış edən şəxslər kimi qəbul olunması mümkün deyil.
Şübhəsiz ki, reytinq arxasınca qaçan hansısa media orqanı bəzi hallarda ictimai populyarlığını artırmaq üçün bu cür neqativ çalarlı xəbərləri ictimai maraqları nəzərə almadan dövriyyəyə buraxmaqla cəmiyyət qarşısında daşıdığı məsuliyyəti unudur. Bu həm də peşə etikasına və peşəkar fəaliyyət prinsiplərinə ziddir.
Bütövlükdə, kriminal hadisələri ictimai maraqlardan və peşəkarlıqdan uzaq şəkildə tirajlayaraq ictimai şüura neqativ təsir edən media orqanları bir daha düşünməlidirlər: onlar üçün ictimai maraqlar, sağlam sosial-psixoloji əhval önəmlidir, yoxsa ucuz reytinq qazanmaq cəhdləri?! Əslində, bunu reytinq qazanmaq da adlandırmaq olmaz, çünki ciddi peşə fəaliyyətinə malik olmayan - ictimai şüuru zərərli informasiyalarla məşğul edən belə media orqanlarının fəaliyyəti təqdir olunmur, cəmiyyətdə müsbət qarşılanmır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

